isa Qəmbər qadınları təbrik etdi

img

07-03-2013 [04:33]


[/right] Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan təbrikdə deyilir: ?Əziz qadınlar! 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hamınızı təbrik edir, sizə uzun ömür can sağlığı və xoşbəxtlik arzulayıram. Son illər bütün dünyada qadınların ictimai-siyasi və mədəni proseslərdə rolu getdikcə artmaqdadır. Onlar elm, incəsənət, mədəniyyət, siyasət, ümumiyyətlə, həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinə addımlayır, bəşəriyyətin xoşbəxt gələcəyi naminə öz potensiallarından daha dolğun istifadə edirlər. Bizim üçün xüsusilə xoşdur ki, Azərbaycan qadınları da ölkənin və cəmiyyətin həyatında getdikcə daha fəal şəkildə iştirak edirlər. Məlumdur ki, ötən əsrdə xalqımız azadlığı və müstəqilliyi uğrunda ardıcıl mübarizə aparıb və iki dəfə öz məqsədinə çatıb. İftixar və qürur hissilə deyə bilərik ki, qadınlarımız da bu proseslərin ön cərgələrində addımlayıblar. Bu gün də ölkəmizdə azad və demokratik cəmiyyət quruculuğu uğrunda apardığımız mübarizənin ağırlığı həm də onların çiyninə düşür. Təəssüf ki, iyirmi ildir ölkəni idarə edən avtoritar əliyevlər rejiminin yeritdiyi xalqa zidd siyasət bütün vətəndaşlarımız kimi qadınlarımızın həyatına və fəallığına da mənfi təsir göstərir. İnsan hüquqlarının hər addımbaşı pozulduğu bir məmləkətdə qadınlarımız da daim müxtəlif təzyiq və özbaşınalıqlarla üzləşirlər. Qarabağ münaqişəsinin ən böyük ağırlığı qaçqın və köçkün qadınlarımızın üzərinə düşüb. Mövcud rejimin bu problemləri həll etmək iqtidarında olmaması onların olan-qalan ümidlərini də sarsıdıb. Lakin məhrumiyyətlərlə dolu bu çətin günlərin ömrü bitmək üzrədir. Biz müstəqil Vətənimizi azad və firavan bir ölkəyə çevirmək uğrunda bu gün də sizinlə bir səngərdə mübarizə aparırıq. Mən inanıram ki, tezliklə bizim bu mübarizəmiz qələbəylə yekunlaşacaq, ölkəni fəlakətlərə sürükləmiş bugünkü Azərbaycan hakimiyyəti də son illər bir çox avtoritar rejimləri kimi tarixin arxivinə atılacaq. Bunun üçün hamımız xalqımızın müqəddəratı üçün böyük əhəmiyyət daşıyan bu seçki ilində var qüvvəmizlə çalışmalıyıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA