Partiya sədri qadınlarla görüzdü

img

08-03-2013 [12:17]


Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə partiyanın rəhbərliyində təmsil olunan bir qrup xanımla görüşüb. VİP qərargahında səmimi şəraitdə keçən görüşdə Ə.Əliyev iştirakçı xanımların timsalında bütün Azərbaycan qadınlarını bayram münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb: ?Tam mübaliğəsiz deyə bilərik ki, Azərbaycan xanımları dünyanın ən gözəl, ən sədaqətli, ən ailəcanlı və ən dəyanətli qadınlarıdır. Millətimiz təşəkkül tapdığı ilkin dönəmlərdən başlayaraq, qadına hər zaman böyük dəyər verilib, zərif soydaşlarımıza hörmətlə yanaşılıb. Xanımlarımız tarix boyu həyatın bütün ağırlıqlarını öz ataları, qardaşları, həyat yoldaşları, oğulları ilə birgə zərif çiyinlərində daşımaqdan çəkinməyiblər. Bu baxımdan, xanımlarımız ən böyük sayğıya layiqdirlər. Təəssüf ki, bu gün ölkənin və cəmiyyətin üzləşdiyi bir çox problemlər xanımlarımız üçün də çətinliklər yaradır. Amma inanıram ki, birgə səylərimiz nəticəsində bu problemlər də həllini tapacaq və Azərbaycan qadınları layiq olduları həyata qovuşacaqlar. Sizləri, sizin şəxsinizdə bütün xanımlarımızı bir daha səmimiyyətlə təbrik edirəm, sizə şəxsi və ailə həyatınızda, fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Bayramınız mübarək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA