Məzvərət Məclisinin hakimiyyətdən tələbləri var

img

05-03-2013 [06:20]


Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti yığıncağı keçirilib. MM-də ictimai-siyasi vəziyyət müzakirə edilərək, son vaxtlar Azərbaycan Silahlı Qüvvələrində baş verən əsgər ölümləri, Fransa Milli Assambleyasında (FMA) erməni icması nümayəndələri tərəfindən azərbaycanlı tələbələrin vəhşicəsinə döyülməsi, Qarabağ Forumunun və DQMM Nümayəndələr Palatasının növbəti yığıncaqlarının keçirilməsi ilə bağlı qərarlar qəbul edilib. DQMM orduda baş verən əsgər ölümlərinin uzun illər davam etməsindən ölkə ictimaiyyətinin narahatlığının getdikcə artdığını, gənclərin, valideynlərin etiraz aksiyalarına, ziyalıların çağrışlarına hakimiyyət orqanlarının biganə münasibətinin sosial partlayışa səbəb ola biləcəyini bildirərərək, Ali Baş Komandan İlham Əliyevdən son vaxtlar orduda baş verən əsgər ölümləriylə əlaqədər ictimaiyyətə açıqlama verməsini tələb edib. MM FMA-da erməni icması nümayəndələri tərəfindən azərbaycanlı tələbələr Mirvari Fətəliyeva və Vüsal Hüseynovun vəhşicəsinə döyülməsini pisləyir, insan haqlarının təməl prinsiplərinin yaranmasında əhəmiyyətli rolu olan bir ölkənin ali qanunverici orqanının binasında baş vermiş hadisənin heç bir dövlətə başucalığı gətirmədiyini qeyd edərək, Fransa hakimiyyət orqanlarından hadisənin araşdırılmasını və bu vəhşiliyi törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. MM qəbul edilmiş qərarlara uyğun olaraq, 15 mart saat 12.00 tarixində KXCP-nin mənzil-qəragahında, ziyalıların, siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qarabağ Forumunun keçirilməsini məqsədəuyğun hesab edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA