YAP aksiya keçirəcək

img

20-02-2013 [04:25]


Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ?Xocalıya ədalət? kampaniyası çərçivəsində e-mail aksiya həyata keçirəcək. Öncədən hazırlanmış ingilis dilində olan müraciət gənclər tərəfindən ABŞ Dövlət Departamentinin müxtəlif qurumlarına, insan haqlarının müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarına göndəriləcək. Bu aksiyada partiyanın bütün rayon və şəhər təşkilatlarının Gənclər birliklərinin iştirak edəcəyi gözlənilir. Sözügedən müraciətdə Xocalı faciəsi haqqında konkret faktlara əsaslanan məlumatlar, bu faciəni soyqırımı kimi tanıyan dövlətlər, beynəlxalq təşkilatlar, ABŞ-ın ştatları göstərilib. Müraciət göndərilən ünvanlardan baş vermiş bu dəhşətli hadisəyə konkret münasibət bildirmələri, təmsil olunduqları ölkələrdə və ali kürsülərdə Xocalı soyqırımı haqqında məlumat vermələri, bu cinayətin hüquqi qiymətləndirilməsi üçün köməklik göstərmələri xahiş olunub. Qeyd edək ki, aksiyaya 21 fevral 2013-cü il tarixində saat 12.00-da Yeni Azərbaycan Partiyası Gənclər birliyinin ofisində start veriləcək. Aksiya fevral ayının sonuna kimi davam edəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA