Türk Hava Yollarından ermənipərəst addım

img

21-02-2013 [12:46]


Ermənilərin ?Aqos? qəzeti Türk Hava Yolları tərəfindən pulsuz paylanacaq. Vətəninfo.az xəbər verir ki, bu gündən etibarən ermənilərin ?Aqos? qəzeti Tük Hava Yolları tərəfindən sərnişənlərə pulsuz paylanacaq. Artıq bu gündən etibarən xaricə uçan sərnişinlərə verilən qəzetlər içərisində ?Aqos?un adı var. ?Aqos? rəhbərliyi ilə THY arasında əldə olunan razılaşmadan sonra bu addımın atılmasına başlanılıb. Onu da qeyd edək ki, erməni millətçilərinin qəzeti olan ?Aqos?un paylanılması xəbəri türklər arsında ciddi təpkilərə səbəb olub. ?Aqos? qatı türk düşməni və erməni millətçiliyini müdafiə edən bir qəzet kimi tanınır. Qəzetdən onu da bildiriblər ki, qarşıda əlaqələrin daha da inkişaf etdirilməsi planlaşdırılır. Qəzetin yayımının, reklamının xərclərini Türk Hava Yolları öz üzərinə götürüb. Xatırladaq ki, ?Aqos? qəzeti keçən il İstanbulda keçirilən Xocalı mitinqinə qarşı anti-kampaniya aparırdı. Hazırda Əkrəm Əylislinin məsələsində də Azərbycan əleyhinə təbliğat aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA