Əli Həsənov: "Kimsə prezidentin etimadını doğrultmayacaqsa..."

img

16-02-2013 [04:42]


Prezident İlham Əliyevin fevralın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı tənqidi çıxışından sonra düşünürəm ki, bütün dövlət qulluqçuları, mərkəzi və yerli icra orqanları rəhbərləri nəticə çıxaracaqlar. Bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. "Artıq bu sahədə işlər başlayıb və əlbəttə, vəzifəsinin öhdəsindən gələ bilməyənlər, Prezidentin etimadını itirmiş kadlarla bağlı gördüyünüz kimi qərarlar qəbul olundu", deyə Əli Həsənov açıqlamasında bildirib. PA rəsmisinin sözlərinə görə, bundan sonra yenidən kimsə prezidentin etimadını doğrultmayacaqsa, belə qərarların qəbul edilməsi davam edəcək. "Bu, bütövlükdə Azərbaycan məmurlarına, dövlət qulluqçularına xəbərdarlıq idi. Prezident tərəfindən onların qarşısında qoyulmuş əsas vəzifələrin yerinə yetirlmsində onlardan tələb olunan qətiyyətli tələb idi", deyə Əli Həsənov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA