Hafiz Hacıyev: ?Elçibəyin hakimiyyətdən devrilməsində də onların rolu böyük olub?

img

19-02-2013 [02:02]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Əbülfəz Elçibəyin qardaşı oğlu, ?Milli İdeya Naminə? Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyevin bu gün mediaya və ictimaiyyətə müraciətinə münasibətini açıqlayıb. Xatırladaq ki, H.Əliyev müraciətində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin əmisi Əbülfəz Elçibəyin zəhərlənməsində iştirak etdiyini iddia edib. H.Hacıyev deyib ki, o, bu məsələ ilə bağlı Respublika Prokurorluğuna etdiyi və KİV-də yayımlanan müraciətində də Əbülfəz Elçibəyin Əli Kərimli tərəfindən zəhərlənərək öldürüldüyünü göstərib: ?Sözümün üstündə də durdum və aparılan araşdırmalara görə Əli Kərimliyə qarşı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Bu işlə bağlı ciddi araşdırmalar aparılır, yüzlərlə şahid, o, cümlədən Elçibəyin qardaşı oğlu Hürrü Əliyev də dindirilib. Bu məsələni qaldıranda bəziləri buna ironiya ilə yanaşırdılar. Əli Kərimlinin ətrafındakılar elə zənn edirdilər ki, aramızda olan soyuqluğa görə mən belə bir iddia irəli sürmüşəm. Hətta ünvanıma təhdidlər də söylənildi. Bu tamamilə yanlış idi. Amma o vaxt dediklərimin ciddiliyini Elçibəyin qardaşı oğlu da bu gün sübut edir. Əli Kərimlinin ona izahatını geri götürməsi ilə bağlı yalvarışı, Türkiyədən edilən təhdidlər dediklərimin həqiqiliyini isbatlayır?. H.Hacıyev onu da əlavə edib ki, Elçibəyin Kərimlinin əli ilə zəhərləndirilməsində İran faktorunun da olduğunu çoxdan deyib. Hətta bu məsələdə iştirak edən adamın da adı bəzi orqanlara məlumdur: ?Biz hakimiyyətdə olanda da ?KQB? arxivlərinin açılmasının tələb etdikdə Əli Kərimli ilə İsa Qəmbər buna mane olmuşdular. Hadisələrin bu istiqamətdə cərəyan etməsi onu deməyə əsas verir ki, bu iki şəxs İran və Rusiya xüsusi xidmət orqanlarının əllərində alətdirlər. Elçibəyin hakimiyyətdən devrilməsində də onların rolu böyük olub. İndi sevindirici haldır ki, Elçibəyin qardaşı Almurad Əliyevin oğlu Hürrü Əliyev həqiqəti söyləyir. Baxmayaraq ki, bir ara Almurad Əliyev də məni haqsız yerə ittiham edirdi. Mən bu ailəyə yaxın olduğumdan Elçibəyin qanının yerdə qalmamasına çalışıram. Hesab edirəm ki, buna nail olmuşam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA