Hafiz Hacıyev: "Bu əxlaqsız yanazmadır"

img

14-02-2013 [03:32]


?Erməni mənşəli bir cinayətkarın müdafiəsinə qalxmaq mənəviyyatsızlıq, əxlaqsızlıqdır?. Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev İctimai Palatanın keçmiş millət vəkili Gülər Əhmədovanın həbsi ilə bağlı müdafiə xarakterli bəyanatına münasibətində açıqlayıb. O, bildirib ki, rüşvətxor məmurlar, cinayət törətmiş yüksək vəzifəli şəxslər həbs olunanda müxalifətdən olan radikallar o dəqiqə onların müdafiəsinə qalxırlar: ?Bu əxlaqsız yanaşmadır. Xatırlayırsızsa, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev vəzifədə olanda müxalifət onu korrupsiyada, rüşvətxorluqda ittihamlayırdı. Elə ki, onun cinayətlərinin üstü açıldı və həbs olundu başladılar onun hüquqlarını müdafiə etməyə. Bu onların iş prinsipidir. Bu gün də həmin proses davam etdirilir. Gülər Əhmədova deputat alverinə görə məsuliyyətə cəlb olunub. Hüquq-mühafizə orqanlarının 6 ay apardığı təhqiqatın nətisədində bu qadın həbs olunub. İctimai Palatada təmsil olan partiya sədrləri əvvəllər onun həbs olunmaması səbəbini müəyyən insanlarla bağlayırdılar. Hətta onun tutulmaması, məsuliyyətə cəlb olunmadığına görə hakimiyyəti tənqid edirdilər. Amma indi həbs edilib, başlayırlar başqa mahnı oxumağa. Bu mövqeysizlik onları xalqın gözündən salıb, xalq onlara nifrət edir. İndi bilirlər ki, Gülər Əhmədovanın bir az pulu var, onu müdafiə etməklə pulunu əlindən almağa çalışırlar. Pulunu əlindən alıb ona ?siyasi məhbus? damğası vuracaqlar. Radikal müxalifət həmişə bu üsuldan istifadə edib. Erməni mənşəli bir cinayətkar qadının müdafiəsinə qalxmaq azından mənəviyyatsızlıq, əxlaqsızlıqdır. Mən düşünürəm ki, hakimiyyət ciddi iradə ortaya qoyaraq bu kimi insanları həbs edib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA