Elmar Vəliyev təzkilat sədrini polisə verdi

img

25-02-2013 [12:40]


Müsavat Məclisinin üzvü, partiyanın Qərb regionu üzrə səlahiyyətli nümayəndəsi, tanınmış ziyalı Cahangir Əmirxanlı ötən gün polisə çağırılıb. O, əvvəlcə Gəncənin Kəpəz rayon Polis İdarəsinə gedib. Cahangir Əmirxanlının özü qəzetimizə ilk açıqlamasında polisə çağırılmasının səbəbini bilmədiyini deyib. Lakin Gəncədə Cahangir Əmirxanlıya yaxın qaynaqlar onun polisə çağırılmasını ?Yeni Müsavat?ın 23 fevral 2013-cü il tarixli sayında dərc olunmuş ?Gəncə - gözəl diyar, kasıb şəhər...? yazısı ilə əlaqələndirdilər. ?Yeni Müsavat?ın əməkdaşı Kəpəz rayon Polis İdarəsinin növbətçi hissəsi ilə də əlaqə saxlayıb. İdarənin növbətçisi faktı təkzib etməsə də, Cahangir Əmirxanlının polisə çağırılmasının səbəbini açıqlamayıb. Bir qədər sonra Cahangir Əmirxanlı redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, onu Kəpəz rayon Polis İdarəsinə çağırsalar da, oradan polis əməkdaşlarının müşayiəti ilə Gəncə Şəhər Baş Polis İdarəsinə aparılır. Cahangir Əmirxanlı ilə Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Natiq Quliyevin görüşəcəyi gözlənilsə də, onu Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev qəbul edib. Gözlənildiyi kimi, Müsavat Məclisi üzvünün polisə çağırılmasının səbəbi məlum yazı olub. İlqar Balakişiyev Cahangir Əmirxanlının yazısı ilə bağlı etirazını bildirib, onu qərəzdə günahlandırıb. Daha sonra Cahangir Əmirxanlı sərbəst buraxılıb. Amma əhvalat bununla bitməyib və ən qəribəsi bundan sonra başlayıb. Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsindən çıxdıqdan bir qədər sonra onu yenidən geri çağırıblar. ?Polis idarəsindən çıxdıqdan sonra piyada gedirdim. Dalımca polis əməkdaşı gəldi və məni idarəyə çağırdıqlarını bildirdi?, - Cahangir Əmirxanlı əməkdaşımıza belə deyib. İkinci dəfə Gəncə Şəhər Baş Polis İdarəsinə çağırılan Cahangir Əmirxanlıya musavat.com-da onunla bağlı xəbərin yayılması ilə bağlı narazılıq ifadə edilib və o, yenidən sərbəst buraxılıb. Qeyd edək ki, Cahangir Əmirxanlı yazısında Gəncə şəhər rəhbərliyini, ələlxüsus icra başçısı Elmar Vəliyevi tənqid etmişdi. Məsələn, yazıda bildirilir ki, 2009-20010-cu illərdə Gəncənin abadlaşdırılması məqsədilə milyonlarla vəsait ayrılmış və o vaxtkı icra başçısı Eldar Əzizov xeyli iş görmüşdü. Yeni icra başçısı Elmar Vəliyev isə bu işlərin üstündən xətt çəkib, tikintiləri sökdürüb yerində başqa işlər gördürdü, xərclənən vəsaitsə göyə sovruldu. "Bu şəhərdə yerli sakinlər adətən rəhbər vəzifələrdə təmsil olunmur, rəhbər vəzifəyə ancaq "naxçıvanlı" və ya "ermənistanlı" adı altında xüsusi qruplardan adamlar gətirilir. Əslində Ermənistandan gəlib bu şəhərdə məskunlaşmış minlərlə sakin var ki, onlar bir tikə çörəyə möhtacdır. Deməli, bu rejim naxçıvanlı, ermənistanlı adından istifadə etməklə, o bölgədən olan insanlardan hazır elektoratı kimi istifadə edir, rəhbər vəzifələrə isə daha çox etibar etdiyi qruplardan olan şəxsləri gətirir", - yazıda deyilir. Cahangir Əmirxanlının məqaləsindən başqa bir sitat: "Şəhərə E.Vəliyevin İH başçısı təyin edilməsi bu şəhərə özü ilə bərabər bir xof, bir repressiya qorxusu gətirdi. Yevlax rayonundan gələn icra başçısının oradakı fəaliyyəti zamanı gördüyü işlərlə yanaşı qəddarlığı haqqında da rəvayətlər yayılmışdı." "Elmar Vəliyev icra başçısı gələndən sonra Gəncədə kadr məsələsində tayfa-klan siyasəti daha sərt şəkildə tətbiq edilir, bu və ya digər səbəbdən işdən çıxarılan kadrların yerinə istisnasız olaraq rejimin daha yaxın şəxsləri gətirilir. Bundan əlavə, keçirdiyi yığıncaqlarda kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəs Elmar Vəliyev tərəfindən hər hansı bəhanə ilə təhqir olunmaqdan sığortalanmır!", - yazıda daha sonra deyilir(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA