ictimai Palatanın Əkrəm Əylisli bəyanatı

img

07-02-2013 [02:11]


Tanınmış yazıçı Əkrəm Əylislinin Azərbaycan ?erməni münasibətləri mövzusunda qələmə aldığı ?Daş yuxular? romanı cəmiyyətdə təpki ilə qarşılanmış, kəskin neqativ rəy və hərəkətlərə səbəb olmuşdur. Yazıçının özü və ailəsi isə həm də rəsmi hakimiyyətin repressiyası ilə üzləşmişdir. İctimai Palata hər kəs kimi , Əkrəm Əylislinin də ifadə azadlığını, yaradıcılıq hüquqlarını qeydsiz-şərtsiz tanıyar; eyni zamanda, bu əsərdə erməni - Azərbaycan münasibətləri haqqında həqiqətlərin təhrif edilməsinə, Azərbaycan tarixinin saxtalaşdırılmasına, milli, mənəvi və dini dəyərlərimizin aşağılanmasına etirazların haqlı olduğunu qəbul edir və bu etirazlarla həmrəydir. Təəssüflə qeyd edilməlidir ki, müəllifin niyyətinin nə olmasından asılı olmayaraq bu roman Azərbaycan və erməni xalqları arasında münaqişənin aradan qalxmasına deyil, dərinləşməsinə xidmət edir; xalqlar arasında düşmənçilik və nifaq yayanların cəbbəxanasında yer tutur və Azərbaycana, onun xalqına qarşı istifadə olunacaqdır. Bunları qeyd etməklə, İctimai Palata əsər ictimailəşdikdən sonra rəsmi hakimiyyətin açıq aydın siyasi konyuktur məqsədlərlə yazı ətrafında yalançı- patriotik isteriya qızışdırmasını, Ə. Əylisliyə və ailəsinə qarşı təqibləri, xüsusilə qaragüruhçu, səviyyəsiz divantutma çağırışlarını yolverilməz hesab edir və pisləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA