ictimai Palata AŞPA-ya müraciət edəcək

img

30-01-2013 [09:14]


Yanvarın 30-da İctimai Palatanın Koordinasiya Şurasının iclası olub. İclasa İP KŞ-nın dönəm sədri Zəfər Quliyev sədrlik edib. Onun verdiyi məlumata görə, Koordinasiya Şurası bir neçə məsələ ilə bağlı qərarlar qəbul edib. İlk növbədə yanvarın 31-də saat 12-də Novxanıda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə İctimai Palatanın keçirəcəyi böyük mərasim barədə müzakirə aparılıb: ?Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadənin dünyaya göz açdığı Novxanı kəndində onun abidəsi önündə böyük mərasim keçirəcəyik. Hər il olduğu kimi, bu il də böyük öndərin doğum günü ölkənin demokratik qüvvələri, onun ideallarının davamçıları tərəfindən Novxanıdakı abidəsi önündə xüsusi mərasimlə qeyd olunacaq. Mərasimdə İP üzvləri, Müsavat Partiyası, AXCP və digər partiyaların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edəcək. İctimai Palatanın rəhbərliyi hər kəsi dahi öndərin doğum günü münasibətilə keçiriləcək mərasimə dəvət edir?. Z.Quliyev həmçinin məlumat verdi ki, Koordinasiya Şurası Avropa Şurası Parlament Assambleyasına məktub göndərmək barədə qərar verib: ?Yaxın günlərdə məktub hazırlanıb göndəriləcək. AŞPA-nın sessiyasında Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəsinə qarşı çıxan ölkələrin nümayəndələrinin qınaq obyekti kimi göstərilməsi məktubda qeyd olunacaq, həmçinin məruzəni dəstəkləyən ölkələr və onların mövqelərinin tərəfimizdən dəstəkləndiyi məktubda ətraflı əksini tapacaq?. Koordinasiya Şurası fevralın 2-də saat 12-də Müsavat qərargahında ?İqtidarın repressiyalarına qarşı? mövzusunda dinləmələr keçirmək barədə qərar verib. Dinləmələrdə məruzəçi İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal olacaq. KŞ gənclərin 26 yanvarda keçirdiyi aksiyaya qarşı hakimiyyət qüvvələrinin sərt davranışını pisləyən bəyanat verib. Daha bir bəyanat isə Müsavat başqanı İsa Qəmbərin Lənkəran səfərinin qarşısının alınması ilə bağlı qəbul edilib. Koordinasiya Şurası İctimai Palatanın növbəti sessiyasının fevralın 9-da keçirilməsi barədə də qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA