YAP-çılar zəhid ailələrinə yardım edib

img

16-01-2013 [04:36]


Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının üzvləri 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü ilə bağlı şəhid ailələrini ziyarət ediblər. Partiyanın Nəsimi Rayon Təşkilatının Gənclər Birliyinin üzvlərinin iştirakı ilə şəhid ailələrinə ərzaq yardımı göstərilib. Gənclər Birliyinin üzvləri şəhid ailəlinin ziyarət edilməsinə görə qürur duyduqlarını, onların daim dövlətimiz diqqətində olacağını və mütəmadi olaraq ziyarət edəcəklərini bildirdilər. Həmçinin bildirilib ki, tədbirlər planına əsasən, ölkə daxilində 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinin sosial problemlərinin həll edilməsi, Şəhidlər Xiyabanı ərazisində təmizlik-abadlıq işləri aparılması, bütün tədris müəssisələrində yanvarın 19-da faciəyə həsr olunmuş xüsusi dərs keçirilməsi, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə xüsusi dini mərasimlər təşkil olunması və s. daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA