Ziyalılar Forumu bəyanat verdi

img

11-01-2013 [12:42]


Ceyhun Qubadovun ölümü ilə bağlı Ziyalılar Forumu bəyanatla çıxış edib. Bəyanatda 18 yaşlı Ceyhun Qubadovun və onu məhrumiyyətlər içində tək böyüdüb boya-başa çatdırmış anasının faciəsinin bütün xalqımız kimi, Ziyalılar Forumunun üzvlərinin də dərin hiddətinə səbəb olduğu qeyd edilib: ??Ürək çatışmamazlığı"ndan vəfat etmiş gənc əsgərin meyidi üzərində açıq-aşkar görünən zorakılıq əlamətləri isə "Lazımın gəlişini gözləyən qüdrətli Azərbaycan ordusu" haqqında əsl gerçəkliyi bütün çılpaqlığı ilə ortaya qoyur! Təkcə 2012-ci ildə Azərbaycan Ordusunun itkilərinin sayı 97 nəfərə çatıb. Əsgər və zabitlərimizin böyük əksəriyyəti - 81 nəfəri qeyri-döyüş şəraitində həyatları ilə vidalaşıblar. Bu statistika Azərbaycan Ordusunda mövcud olan qeyri-insanı, intizamsız, şəxsiyyəti və ləyaqəti aşağılayıcı mühitin mövcudluğuna dəlalət edir. Ziyalılar Forumu olaraq biz Azərbaycan siyasi rəhbərliyini- ərazisinin 20 faizi düşmən tərəfindən işğal olunmuş bir ölkənin ordu quruculuğuna məsul olan bütün vəzifəlilərini tarix və millət qarşısında siyasi məsuliyyətə dəvət edir və Azərbaycan Ordusunda yaşanan bu rəzalətin qarşısını almaq üçün müqəssirlərin cinayət məsuliyyətinə cəlb edilməsi də daxil olmaqla bütün zəruri addimların atılmasını tələb edirik!?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA