Hafiz Haciyev prezidentliyə namizəd olacaq

img

15-01-2013 [04:39]


Bu gun Müasir Müasir Partiyasının Mərkəzi Qərargahında yeni ilin ilk toplantısı keçirilib. Bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib. Bir həftəlik bayram tətilindən qayıdan partiya funksionerləri İdarə Heyətinin növbəti toplantısını keçirib. Toplantıda ilk öncə son günlər ölkədə və dünyada baş verən hadisələr geniş müzakirə edilib. Daha sonra partiyadaxili məsələlər müzakirə olunub. Toplalantıda 2013-cü il prezident seçkilərinə hazırlaşan partiyanın rayon təşkiltları MMP-in bu seçkilərdə namizədinin Hafiz Hacıyev olması haqda qərar verib. Partiya rəhbərliyi MMP-nin prezident seçkilərində iştirak etməsi və partiya üzvlərinin arzusuna uyğun olaraq namizədin Hafiz Hacıyev olması haqda qərar qəbul olunub. Hafiz Hacıyev seçkilərə qatılmaq haqda təkilfiləri müsbət qiymətləndirib. Qərar İdarə Heyətinin bugünkü iclasında təsdiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA