Razi Nurullayev əməliyyat olunacaq

img

07-01-2013 [05:15]


Bir neçə gün əvvəl baş verən yol qəzasında xəsarət alan AXCP sədrinin müavini Razi Nurullayev çiynindən əməliyyat olunacaq. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, Razi Nurullayevin vəziyyəti orta-ağır olaraq qalır. Müalicə həkimi Fəxrəddin Zeynalovun verdiyi məlumata görə, əməliyyat Razi Nurullayevin çiynində aparılacaq. R. Nurullayevin kəllə-beyin travması almış həyat yoldaşının vəziyyəti də orta-ağır qiymətləndirilir. Qeyd edək ki, dekabrın 5-də R. Nurullayevin idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində R. Nurullayev və həyat yoldaşı xəsarət alaraq Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA