ALP müəmmalı əsgər ölümündən ciddi narahatdır

img

11-01-2013 [04:32]


Azərbaycan Liberal Partiyası Milli Ordumuzun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümündən ciddi narahatdır. ALP hesab edir ki, Ceyhun Qubadovun ölümünün səbəbi rəsmi dairələrin təsdiq etdiyi kimi ?ürək çatmazlığı? deyil, zorakılıqdır. ALP hesab edir ki, əgər Ceyhun Qubadovun ölüm səbəbi ürək çatışmazlığı olsaydı belə onun həyatını itirməsinin əsl səbəbini xəstə gənci orduya çağırmış məmurların özbaşınalığında və laqeydliyində axtarmaq lazımdır. Əgər C.Qubadovun ölümünün əsl səbəbi doğrudan da "ürək çatışmazlığı"dırsa, sual olunur- xəstə gənc ordiya niyə çağrılıb? Bu bir daha göstərir ki, ölkədə geniş yayılmış total korrupsiya nəticəsində hərbi xidmətə yararsız gənclərin orduya çağrılması və onlarını həyatının risk altına qoyulması, orduda əsgərlərlə qeyri-insani davranış, onlara tibbi baxımsızlıq Azərbaycanda adi hala çevrilib. Ərazisinin 20 %-nin işğal altında olan ölkədə dövlətin əsgər həyatına laqeydlıiyi əslində milli təhlıükəsizliyimizə böyük təhdiddir. Məhz belə laqeydlik, zorakılıq nəticəsində hər il onlarla Azərbaycan əsgəri həyatını itirir. ALP əsgərlərimizin həyat təhlükəsizliyinin gercək təmin edilməsi üçün iqtidarı kompleks tədbirlər görməyə, əsgər həyatına laqeydliyə və orduda baş verən zorakılıqlara son qoymağa, C.Qubadovun ölümündə təqsirli şəxslərin müəyyən edilib, cəzalandırılmasına çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA