ADP Sevinc Babayevanın ölümünü müzakirə etdi

img

07-01-2013 [05:16]


Bu gün ADP İdarə Heyəti yeni ildə ilk toplantısını keçirilib. Partiyanın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti ABŞ Dövlət Departamentinin Azərbaycanı Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr sırasına daxil etməsini və Azərbaycan prezidenti İlham Əliyevin ilk dəfə beynəlxalq OCCRP (Mütəşəkkil cinayətkarlıq və korrupsiya haqqında reportaj) layihəsi çərçivəsində ?İlin adamı? adlandırılmasını müzakirə edib. Müzakirələrdə hər iki dəyərləndirməni ölkədə baş verən hadisələrin məntiqi nəticəsi kimi ortaya çıxdığı qeyd edilib, Azərbaycan hakimiyyətindən bu dəyərləndirmələrdən dolayı adı çəkilən qurumları əsassız ittiham etmək əvəzinə, tənqiddən nəticə çıxarmağa, ölkədə insan hüquq və azadlıqlarının, söz, mətbuat və sərbəst toplaşma azadlıqlarının təmin edilməsi və qanunların aliliyinin təmin edilməsi istiqamətində ciddi islahatlar aparmağa çağırıb. Müzakirələrdə 2013-cü ildə Prezidentin Ehtiyat Fondunun 300 milyona qədər artırılmasına da münasibət bildirilib. İdarə Heyəti belə hesab edib ki, fondun maliyyə həcminin artırılması birbaşa seçki ilinə hesablanıb, bu fondun maliyyə resurslarından İlham Əliyevin seçki kampaniyasına xərclənmə ehtimalı böyükdür ki, bu da qarşıdan gələn seçkilərin ədalətli və bərabər şəkildə keçiriləcəyini şübhə altına alır. İdarə Heyəti Bakı şəhərində yaşanan kommunal problemlərlə bağlı da müzakirələr aparıb. Şəhərin qışa hazır olmadığı qeyd edilib. Böyük həcmlərdə maliyyə ayrılmalarına baxmayaraq şəhər əhalisinin istiliklə təmin edilməməsi ciddi tənqid olunub. Toplantı iştirakçıları son vaxtlar Bakı şəhərində və şəhər ətrafi yaşayış sahələrində aparılan qeyri-qanuni söküntü işləri ilə bağlı narahatçılığını ifadə edib. Kompensasiya ödənilmədən və yaşayış yeri ilə təmin olunmadan sakinlərin qış aylarında evlərindən çıxarılmasını yolverilməz hesab edib. İdarə Heyəti Elşad Abdullayevin yaydığı qalmaqallı videomateriallarda rüşvət sövdələşməsinin vasitəçisi kimi iştirak edən Sevinc Babayevanın ötən ilin sonlarında Türkiyədə dünyasını dəyişməsini müəmmalı ölüm kimi dəyərləndirib, əsil həqiqətin ortaya çıxması naminə hüquq mühafizə orqanlarından obyektiv araşdırma tələb edib. Qeyd edək ki, sonda cari məsələlərlə bağlı bir sıra qərarlar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA