?Özüm ərizə yazıb Fonddakı vəzifədən ayrıldım?

img

14-01-2013 [11:02]


Millət vəkili Qənirə Paşayeva Heydər Əliyev Fondundan uzaqlaşdırılması barədə xəbərə münasibət bildirib. Xatırladaq ki, bu xəbər ?Azərbaycan saatı? TV proqramının şənbə buraxılışında efirə gedib və ?Azadlıq? qəzeti bu xəbəri tirajlayıb. Q.Paşayeva isə APA-ya açıqlamasında bunu ?Azadlıq? qəzetinin qərəzi kimi qiymətləndirib. ?Azadlıq? qəzetinin Qənirə Paşayeva adlı bir problemi olmadığını və heç kimə, o cümlədən bu xanım millət vəkilinə qərəzli yanaşmadığını qeyd edərək, onun mövqeyini işıqlandırırıq. Q.Paşayeva bildirib ki, 2005-ci ildə hələ millət vəkili seçilməzdən öncə Fondun prezidenti Mehriban Əliyeva tərəfindən ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə dəvət edilib. O da bu dəvəti qəbul edib və fondda fəaliyyət göstərib. Lakin 2010-cu ildə parlamentə təkrar seçildikdən sonra həm AŞPA-da, həm də AVRONEST PA-da təmsil olunub, bir sıra parlamentlərarası dostluq qruplarında təmsil olunub, buna görə də xarici səfərləri mütəmadiləşib, tədbirlərin, toplantıların, görüşlərin sayı artıb: ?Bu isə Fondun prezidenti Mehriban Əliyeva tərəfindən heç bir zaman hansısa kiçik də olsa narazılıqla deyil, tam əksinə, böyük dəstəklə müşahidə olundu. Bəzən bir ayın yarısını, bəzən ən azı on gününü daşıdığım digər vəzifələrlə bağlı xarici səfərlərdə olmağa başladım. Heydər Əliyev Fondu isə bu gün Azərbaycanda ən böyük nazirliyin işindən də bəlkə daha böyük fəaliyyətə malikdir, bu təşkilatda İctimaiyyətlə Əlaqələr Departamentinin, onun rəhbərinin də üzərinə xeyli iş düşür. Bunun üçün bu vəzifəni daşıyan insanın daha çox ölkə daxilində olması, burdakı işlərlə mütəmadi məşğul olmaq üçün günün böyük bir hissəsini məhz bu işə ayırması vacibdir?. Q. Paşayeva buna görə də təxminən yarım il əvvəl özünün Fondun prezidenti Mehriban Əliyevaya müraciət edərək, vəzifədən getməyinə icazə istədiyini qeyd edib: ?Özüm ərizə yazaraq bir neçə ay bundan əvvəl Fonddakı vəzifədən ayrıldım. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun bütün kollektivi ilə gözəl münasibətlər də, əməkdaşlıq da davam edir, bu gün də Heydər Əliyev Fonduna məxsus binada əvvəlki otağımda otururam. Ümid edirəm ki, bu açıqlamam "dostları" və məni özlərinə düşmən elan edənlərin "narahatlıqlarını" aradan qaldıracaq. Hansısa siyasi məqsədlər güdərək, məni müəyyən oyunlarına çəkmək istəyənlərə demək istəyirəm ki, mən sizin düşündüyünüz adam deyiləm. Mənim bir üzüm var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA