Məmməd Əlizadə MDP-yə keçdi; Sabiq DADP sədri lider oldu

img

29-12-2012 [04:48]


Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) keçmiş sədri Məmməd Əlizadə Sabir Tarverdiyevin başqanı olduğu Mili Dövlətçilik Partiyasının (MDP) lideri statusuna gətirilib. Partiyadan mia.az-a verilən məlumata görə, Məmməd Əlizadənin MDP-nin lideri seçilməsi təklifi Sabir Tarverdiyevdən gəlib: ?Məmməd müəllim təklifə müsbət yanaşıb. Bu gün partiyanın Siyasi Şurasının toplantısında qərar qəbul olundu və Məmməd Əlizadə partiyamızın fəxri lideri statusuna gətirildi?. Məlumatda o da bildirilib ki, qarşıdan gələn 2013 prezident seçkiləri ilə bağlı partiya təşkilati işləri də gücləndirib: ?Partiyanın Siyasi Şurası seçkilərdə birmənalı şəkildə İlham Əliyevi dəstəkləyəcək. Növbəti toplantımızda bu istiqamətdə rəsmi qərarımızı açıqlayacağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA