Bahar Muradova müxalifətlə müzakirənin mümkün olduğunu açıqladı

img

28-12-2012 [12:03]


Azərbaycan Parlamentinin vitse-spikeri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Bahar Muradova hesab edir ki, 2013-cü ildə iqtidarla müxalifətin hansısa ümummilli məsələ ətrafında müzakirə aparması mümkündür. Muradova iqtidarla müxalifətin birliyi barədə sualı cavablandırarkən bunun mümkünsüz olduğunu diqqətə çatdırıb. "Mən düşünmürəm ki, müxalifətlə iqtidar bir araya gəlməlidir. İqtidar iqtidardır, müxalifət müxalifətdir. İqtidar seçkidə qalib gəlib, ölkə siyasətini yönəldən və bütün sahələrə rəhbərlik edən siyasi qurumdur. Müxalifət də təbii ki, buna alternativ proqramları varsa, onu ortaya qoyan və alternativ mövqe ortaya qoyan siyasi partiyalardır", - Trend-in məlumatına görə, vitse-spiker jurnalistlərə deyib. O, qeyd edib ki, ona görə də bu təşkilatların nə vaxtsa birliyi, birləşməsi, vahid olması ilə bağlı illüziyaları bir kənara qoymaq lazımdır. "Sadəcə müzakirələr, bu və ya digər məsələ ətrafında fikir mübadiləsi aparmaq və ölkənin milli maraqlarına uyğun olan hansısa bir qərarın əldə olunmasında tərəflərin mövqeyini öyrənmək olar. Mən "iqtidarla müxalifət arasında bu birlik olmadı" deyə narahatlıq ifadə etməyi lüzumsuz bilirəm", - Muradova deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA