YAP-ın idarə Heyəti toplanıb

img

27-12-2012 [04:47]


Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 27-də növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası kimi mötəbər tədbirin Bakı şəhərində keçirililməsini Yeni Azərbaycan Partiyasının beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirib. Qeyd olunub ki, bu cür yüksək etimad YAP-ın İCAPP Daimi Komitəsinin üzvü kimi səmərəli fəaliyyətinin nəticəsidir. İdarə Heyətində mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 ?cı ildönümü ilə əlaqədar görüləcək tədbirlər haqqında geniş fikir mübadiləsi aparılıb. Mərhum prezidentin anadan olmasının 90 ?cı ildönümü ilə əlaqədar keçiriləcək konfransın mövzusu təsdiq edilib. İdarə Heyətində daha sonra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyyələr dinlənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA