Elmar Məmmədyarov Brüsselə gedir

img

17-12-2012 [12:16]


Dekabrın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan - Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 13-cü iclasında iştirak etmək məqsədi ilə Brüssel şəhərinə səfər edəcək. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Aİ Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Stefan Füle, Kipr Respublikasının xarici işlər naziri Erato Kozaku-Markulis ilə görüşlərin keçirilməsi, həmçinin, Azərbaycan - Aİ arasındakı münasibətlərin bütün aspektləri, o cümlədən siyasi, iqtisadi və humanitar məsələlər haqda müzakirələrin aparılması nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA