ADP idarə Heyətinin növbəti toplantısı olub

img

24-12-2012 [06:01]


52;n ADP İdarə Heyətinin növbəti toplantısı olub. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri ilk növbədə Gürcüstanın yeni baş naziri V.İvanaşvilinin Bakı-Tiflis-Kars dəmir yolu taransmilli proyektinin reallaşmasını şübhə altına salan bəyanatından narahat olduğunu bildirib və bu projedə iştirak edən ölkə rəhbərlərini, bu cür transmilli projelərin region üçün əhəmiyyətini nəzərə almağa və ölkələrimiz arasında iqtisadi, siyasi əlaqlərin daha da möhkəmlənməsinə səylər göstərməyə çağırıb. İdarə Heyəti üzvləri yeni yaradılan Pirallahı rayonu ilə bağlı məsələni müzakirə edib, dövlət büdcəsindən maliyyələşən icra strukturlarının genişləndirilməsini pisləyib və bunun əksuinə olaraq hakimiyyəti, demokratiyanın tələblərinə uyğun mövcud icra strukturlarının sayının azaldılması istiqamətində addımlar atmağa çağırıb. İdarə Heyəti üzvləri ölkədə qışa hazırlıqla bağlı vəziyyəti müzakirə edərək, Azər istiliktəchizat ASC-nin və Azərenerjitəchizat ASC-nin fəaliyyətlərinin qeyri-qənaətbəxş olduğunu bildirib. Belə ki, Bakı şəhəri, xüsusilə də Xətai və Nizami rayonlarında əhalinin qışa hazırlığı çox aşağı səviyyədə təşkil olunub, binalara istilik və elektrik enerjisi ya verilmir ya da fasilələrlə verilir ki, bu da əhalidə haqlı narazılıqlar doğurur. İdarə Heyəti üzvləri Bakı Şəhər İH-ni bu halların aradan qaldırmağa və əhalinin müntəzəm olaraq istilik və elektrik enerjisi ilə təchiz olunmasına şərait yaratmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA