Qarabağla bağlı yeni təzkilat məxfi yaradılır

img

08-12-2012 [10:55]


up ziyalı və ictimai xadimin cəmləşdiyi bu təşkilat 2013-cü ilin ilk aylarında elan ediləcək [/b] Qarabağ bölgəsindən olan bir qrup nüfuzlu ziyalı və ictimai xadim yeni birlik yaratmaq məqsədilə bir araya gəliblər. Bu barədə mia.az saytı məlumat yayıb. Sayta məlumat verən və adının çəkilməsini istəməyən nüfuzlu alimlərdən biri deyib ki, noyabr ayının əvvəllərindən başlayaraq Qarabağ bölgəsindən olan bir qrup ziyalı və ictimai xadim bu məqsədlə məsləhətləşmələrə başlayıb: "Yeni yaradılacaq təşkilatın adı ilə bağlı hələlik konkret qərar qəbul olunmayıb. Amma bu qurumun əsas məqsədi Qarabağdan olan nüfuzlu ziyalıların və ictimai xadimlərin bir araya gətirilməsidir. Daha doğrusu, yeni yaradılacaq təşkilat qarabağlı ziyalıların birliyinə nail olaraq, dövlət qurumları qarşısında işğal olunmuş torpaqların azad edilməsini və işğal nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı konkret məsələlər qoyacaqdır. Yeni təşkilatın təşəbbüskarları Qarabağ bölgəsini və məcburi köçkünləri təmsil etməyə çalışan təşkilatların bu günə kimi çox iş gördüyünü qeyd etsələr də, onların qarşılarına qoyduqları vəzifələri həyata keçirə bilmədikləri fikrindədirlər. Yeni təşkilatın yaradılması da məhz bu zərurətdən doğub". Məlumata görə, yeni yaradılan təşkilatın təşəbbüskarları Azərbaycanın tarixin ən həssas dövrünü yaşadığını və yaxın bir neçə ildə əhəmiyyətli hadisələrin gözləndiyini nəzərə alaraq Qarabağın işğal olunmuş hissəsinin işğaldan azad olunması məsələsinin arxa plana keçməməsi, yeni faciələrin baş verməməsi üçün Qarabağ bölgəsini təmsil edən insanların ictimai-siyasi proseslərdə aktiv rol almasının vacibliyi qənaətindədirlər. Yeni təşkilatın təsis konfransının nə vaxt keçiriləcəyinə gəlincə, "işlər plana uyğun gedərsə, 2013-cü ilin ilk aylarında bu təşkilatın təsis konfransının keçirilməsi nəzərdə tutulur",-deyə alim bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA