BQP: ?ipotekanın verilməsi yaz və pezə sahəsindən asılı olmamalıdır?

img

16-12-2012 [02:31]


Dünən Böyük Quruluş Partiyasının Başqanı Fazil Mustafanın sədliyi ilə partiyanın mərkəzi qəragahında Siyasi Qurulun növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyətə dair partiya Başqanının geniş məruzəsi dinlənilib. İclas Böyük Quruluş Partiyasının 2013-cü ilə dair fəaliyyət istiqamətləri layihəsinə münasibət bildirib və irad və təkliflər nəzərə alınmaqla qərara alınıb ki, təsdiq olunması üçün sənəd BQP Ali Məclsinin iclasının müzakirəsinə çıxarılsın. İclasda gələn ilin dövlət büdcəsində İpoteka Fonduna öncəki ilə nisbətən 2,5 dəfə çox vəsaitin ayrılması müsbət dəyərləndirilib, ancaq əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün bu rəqəmin kifayət olmayacağı bildirilb: ?Hökumətin mənzil təminatı sahəsində görüləcək işlərlə bağlı orta və uzunmüddətli planlara malik olmaması təəssüf doğurur. Ümumi ipoteka hər kəs üçün əlçatan olmalıdır. Ən əsası odur ki, ipotekanın verilməsi yaş və peşə sahəsindən asılı olmamalıdır.? İclasda İranla sərhədyanı rayonlarda yaşayan vətndaşların, o cümlədən Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşlar üçün sadələşdirilmiş gediş-gəliş qaydalarının ləğv edilməsinə münasibət bildirilib. Qeyd edilib ki, müsair dünyada dövlətlər viza rejimini sadələşdirdiyi zamanda belə bir addımın atılması məqsədəuyğun deyil. Siyasi Qurul Rusiyanın Qəbələ RLS-in icarə müddətinin artırılmasından imtina etməsini hərbi baxımdan, Rusiyanın Azərbaycanda hərbi birləşmələrinin varlığına son qoyulması baxımından əhəmiyyətli olduğunu vurğulayıb: ?Bu faktın Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginliklər yaratma ehtimalını diqqətdən kənarda saxlamamaqla bərabər, ölkəmizin NATO və Qərblə əməkdaşlığı baxımından yeni imkanlar açan indiki durumdan istifadə edilməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA