Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

img

13-12-2012 [07:02]


Dekabrın 13-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdi. Bildirildi ki, bu gün İnzibati Xətalar və Əmək məcəllələrinə dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunur. Komitə sədri qeyd etdi ki, ?Həmkarlar İttifaqı haqqında? qanun layihəsinə edilən dəyişikliklər Əmək Məcəlləsinə uyğunlaşdırılacaq. Dəyişikliklər mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfin həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə ittifaqa üzvlük haqlarının tutulmasının təmin edilməsini və 4 iş günü müddətində həmkarlar ittifaqının hesabına köçürülməsini tələb edir. Köçürməni gecikdirənlər üçün 2 ilədək inzibati tənbeh cəzası nəzərdə tutulacaq. Hadi Rəcəbli iclasda onu da vurğuladı ki, bu dəyişiklik həmkarlar ittifaqlarının formalaşmasına və inkişafına öz töhfəsini verəcək. Belə ki, vaxtında baş tutan köçürmələr hesabına həmkarlar ittifaqı daha çox üzvlərini kurort və sanatoriyalara müalicə və istirahət üçün göndərmək, onlara yardım etmək imkanı əldə edəcək. Daha sonra komitə üzvləri İnzibati Xətalar Məcəlləsində redaktə xarakterli dəyişikliklər etdilər. Sonda hər iki sənədin Milli Məclisin plenar sessiyasının müzakirəsinə çıxarılması məqsədəuyğun hesab edildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA