Nərgiz Pazayeva Qızıl Orden aldı

img

14-12-2012 [12:33]


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının ?Xidmətlərə görə? Qızıl Ordeninə layiq görülüb. SalamNews-un məlumatına görə, bu barədə palatanın dünən Brüsseldə yerləşən Senatı qərar verib. Palatanın ?Xidmətlərə görə? Qızıl Ordeni Brüsseldə yerləşən Avropa Ticarət, Kommersiya və Sənaye Palatasının Senatı tərəfindən mühüm xidmətləri ilə seçilən və fəaliyyətində peşəkarlıq nümayiş edən ziyalı xadimlərə təqdim olunur. Nərgiz Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 2006-2008-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. 2008-ci ilin iyun ayından M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbəridir. 3 monoqrafiyanın, 4 kitabın, elmi və dövri mətbuatda çapdan çıxan onlarla məqalənin müəllifidir. Özəl "ÜNS" yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, "Azərbaycan mədəniyyətinin dostları" xeyriyyə fondunun İdarə heyətinin üzvü, "Azərbaycan-İrs" jurnalının ədəbi şöbəsinin redaktoru və İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA