Fransalı diplomatlar Əli Kərimli və isa Qəmbərlə görüzüb

img

07-12-2012 [04:13]


Bu gün Fransa Xarici işlər Nazirliyinin Kontinental Avropa İdarəsinin rəhbəri Erik Fournier və Fransanın ölkəmizdəki səfiri Paskal Monie AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərlə görüşüb. Görüşdə ölkədəki ictimai siyasi vəziyyət müzakirə olunub. Xüsusilə seçkilərin yaxınlaşdığı bir vaxtda ölkədə demokratiya və insan haqlarının məhdudlaşdırılması, siyasi məhbusların taleyi, sərbəst toplaşmaq azadlığı ilə bağlı çətinliklər, son vaxtlar ölkə hakimiyyətinin saxtakar və kriminal mahiyyətinin ortaya çıxması ilə bağlı yaranmış yeni reallıqlar müzakirə mövzusu olub. AXCP mətbuat xidmətinin verdiyi məlumatına görə, görüşdə eyni zamanda ölkədə perspektivdə demokratik dəyişikliklərin, islahatların aparılması, Azərbaycan-Avropa Birliyi münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusilə Avropa strukturlarının Azərbaycanın demokratikləşməsindəki rolu barədə söhbət açılıb. Diplomatlar və partiya liderləri demokratik fikir və ideyaların daha geniş kütlələrə yayılmasında internetin yaratdığı böyük imkanları da müzakirə edib. Bütövlükdə Azərbaycanın demokratikləşməsi, Avropa məkanına inteqrasiyası üçün atılan və atılacaq addımlar müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA