ADP Abel Məhərrəmovun təzyiqlərini pislədi

img

30-11-2012 [02:27]


Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov ?Hürriyyət? qəzetini məhkəməyə verib. Məhkəmədən BDU rektorunun fəaliyyəti ilə əlaqədar guya böhtan yazan jurnalistin Cinayət Məcəlləsinin 147.1, 147.2, 148.1 maddələri ilə azadlıqdan uzun müddətə məhrum olunması da daxil olmaqla, qəzetdən böyük miqdarda maddi kompensasiya tələb edlir. Məsələ ilə əlaqədar Azərbaycan Demokrat Partiyası bəyanat qəbul edib. Bəyanatda deyilir: ?ADP ?Hürriyyət? qəzetinə qarşı qaldırılan məhkəmə iddiasını siyasi sifarişin nəticəsi və azad mətbuata qarşı son vaxtlar dövlət məmurlarının başlatdığı hücum kompaniyasının tərkib hissəsi kimi dəyərləndirir. ADP hesab edir ki, indiyədək mətbuata dövlət dəstəyi proqramı çərçivəsində ?Hürriyyət? qəzetinə maliyyə dəstəyinin verilməsindən ardıcıl olaraq imtina edilməsi də sübut edir ki, qəzetə qarşı hücumlar təsadüfi xarakter daşımır və iqtidarın azad mətbuata basqısının nəticəsidir. ADP bildirir ki, mətbuatda hətta hansısa məmur və ya müəssisə haqqında dəqiqləşdirilməsi mümkün olmayan və ya dəqiqləşdirilməmiş məlumatın dərc edilməsi belə, qəzetlərin bağlanmasına və ya jurnalistin həbs olunmasına gətirib çıxaracaq bu cür radikal yollarla həll edilməməli, mübahisə məhkəmə səviyyəsinədək qaldırılmamalıdır.? Bəyanatda daha sonra qəzetin müdafiəsi ilə bağlı çağırış edilib: ?ADP xalqı, beynəlxalq demokratik ictimaiyyəti və ölkəmizin üzv olduğu beynəlxalq təşkilatları ?Hürriyət? qəzetini iqtidarın qanunsuz təzyiqlərindən müdafiə etməyə çağırır.?

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA