Əli Əhmədov Macarıstanda səfərdədir

img

29-11-2012 [04:25]


Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Macarıstanda rəsmi görüşləri davam edir. Əli Əhmədov bu ölkəyə səfəri çərçivəsində ötən gün Macarıstan parlamentinin birinci vitse-prezidenti Şandor Lejak ilə görüşüb. Görüş zamanı iki ölkənin qanunvericilik orqanları arasındakı əlaqənin genişləndirilməsi, dostluq qruplarının fəaliyyətinin intensiv xarakter alması, beynəlxalq parlament qruplarında qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Milli Məclisdəki Yeni Azərbaycan Partiyası deputat fraksiyası ilə Macarıstan parlamentinin hakim ?Fides? fraksiyası arasında əməkdaşlıq barəsində müqavilənin hazırlanması və imzalanması ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı iqtisadi, mədəni, humanitar, gənclər siyasəti və s. sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə də toxunulub. Görüşdə həmçinin Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, YAP icra katibinin müavini Mübariz Qurbanlı, Macarıstan Xarici İşlər Nazirliyinin Qafqaz və Mərkəzi Asiya idarəsinin rəisi, səfir Erne Keşkeni görüşdə iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA