Milli Məclis büdcəni təsdiqlədi

img

30-11-2012 [02:06]


Milli Məclis 2013-cü ilin dövlət büdcəsini təsdiqlədi. İndi Azərbaycandakı ayrı-ayrı sosial təbəqələrdən olan insanlar səbirsizliklə gələn iliin əvvəlini gözləyirlər ki, hökumət büdcə təşkilatlarında çalışanların əməkhaqlarını nə qədər artıracaq. Bunu ən çox gözləyənlər isə dövlət büdcəsindən maliyyələşən təhsil və səhiyyə müəssisələrində çalışan müəllim və həkimlərdir. Hələ 2013-cü ilin dövlət büdcəsi Milli Məclisdə müzakirəyə çıxarılanda maliyyə naziri Samir Şərifov demişdi ki, gələn ilin büdcə zərfində əmək haqlarının artımı ilə bağlı maddələr nəzərdə tutulub. Nazir müəllimlərin və həkimlərin də maaşının artırılacağını qeyd etsə də, artımın neçə faiz ola biləcəyini açıqlamayıb. İqtisadçı Rövşən Ağayevin fikrincə, təqdim olunan büdcədə ciddi əməkhaqqı artımı görünmür. Onun fikrincə, növbəti ilin dövlət büdcəsində sosial sahələrdə maaş artımı 1-2 faiz təşkil edə bilər. ?Ola bilər ki, ilin ortasında hökumət büdcəyə dəyişiklik etsin və həmin dəyişikliklərdə təhsil və səhiyyə işçilərinin əməkhaqlarının artırılması mümkün olsun. Amma hələ ki, belə bir şey gözlənilmir. İndi təqdim olunan büdcədə ciddi əməkhaqqı artımı görünmür?. İqtisadçı deyir ki, hökumət gələn il üçün daha çox hüquq-mühafizə sistemi, nazirliklər, komitələr və ali dövlət orqanlarında çalışanların əməkhaqlarını artırmağı planlaşdırıb. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə bu fikirlə razılaşmır. O, Modern.az saytına açıqlamasında deyib ki, gələn il müəllimlərin və həkimlərin maaşı 1-2 faiz deyil, 10 faiz artırılacaq. ?Gələn il büdcədən maliyyələşən təhsil və səhiyyə müəssisələrində çalışanların əməkhaqları 10 faiz artırılacaq. Dünyanın heç bir yerində birdən-birə maaşlarda bu qədər artım baş vermir?. Qeyd edək ki, hazırda Azərbaycanda müəllim və həkimlər ən aşağı maaş alan büdcə işçiləridir. Məsələn, orta məktəbdə çalışan müəllimlər şagirdlərin sayından və ümumtəhsil məktəbinin tipindən və əmək stajından asılı olaraq, vahid tarif cədvəli ayda 150-230 manat məvacib alırlar. Həkimlərin orta aylıq əmək haqqı 150-200 manat təkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA