Gülər Əhmədovanın ərəblərlə 5 milyonluq gizli biznesi

img

27-11-2012 [05:02]


Milli Məclisin sabiq deputatı Gülər Əhmədova barəsində yeni iddia ortaya çıxıb. AzNews.az-a daxil olan məlumata görə, G.Əhmədova hələ deputat olduğu illərdə bəzi ərəb iş adamlarını Azərbaycana gətirmək və burada onların investisiya vəsaitləri yatırmasında vasitəçilik etmək istəyi olub. Məlumata görə, G.Əhmədova ərəb biznesmenlərinin Azərbaycanda iş və hakimiyyətin müəyyən dairələri ilə əlaqələr qurmasında vasitəçilik etməyi öz üzərinə götürüb. Ərəblərin isə Azərbaycana ilkin olaraq 5 milyon dollar vəsait yatıracağı iddia olunur. İddialara görə, hətta əlaqələrin qurulması üçün G.Əhmədovaya beh də verilib. Bu məlumatın nə qədər doğru olub-olmadığını indidən deyə bilməsək də, sözügedən ittihamla bağlı sabiq deputat G.Əhmədovanın mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA