Qulamhüseyn Əlibəyli: ?Cəmiyyət bu hakimiyyətdən bezib?

img

03-12-2012 [02:06]


Seçki yaxınlaşdıqca siyasi qüvvələrin narahatlığı daha da artır. Qarşıdan gələn prezident seçkiləri də həm müxalifət, həm iqtidar düşərgəsində narahatlıq yaratsa da, tərəflər hələ də qəti mövqeyə gələ bilməyiblər. Aydınlar Partiyasının sədri Qulahüseyn Əlibəyli ölkədəki ictimai-siyasi proseslərlə bağlı fikirlərini bölüşərkən seçkinin bütün siyasi qüvvələrdə nahatlıq yaratdığını vurğulayıb. -Hazırda ölkədəki ictimai-siyasi prosesləri analiz edərkən ilk növbədə görünən ondan ibarətdir ki, istər iqtidar, istər müxalifət düşərgəsindən prezident seçkiləri ilə bağlı narahatlıq hiss olunur. Hakimiyyət çalışır ki, budəfəki seçkinin də əvvəliki seçkilərdə olduğu kimi saxtakarlıqla keçirmək üçün indidən şərait yaratsın. Buna görə də cəmiyyətdə qorxu yaratmaq, repressiya siyasətini davam etdirmək, insah haqlarının, söz və mətbuat azadlığının məhdudlaşdırmaqla bağlı anti-demikratik siyasətini davam etdirmək yolunu tutub. Müxalifət düşərgəsində də hazırda hakimiyyətin 2013-cü il seçkilərini saxtalaşdırmaq ehtimalından daha çox narahatlıq hiss olunur. Bununla yanaşı, müxalifətdə seçkiyə gedişin formatı ilə bağlı narahatlıq var. İndidən baxanda demək olar ki, müxalifət 2013-də ümumi bir razılığa gələ bilməyəcək və vahid mövqedən çıxış etmək mümkün olmayacaq. -Namizəd məsələsində hakimiyyət də, müxalifət də vahid mövqeyə gələ bilməyib, tərəflər qərarsızdırlar. Necə düşünürsünüz, bu qərarsızlığın ciddi səbəbləri ola bilərmi? -Müxalifəti bir araya gələ bilməməsi təbiidir. Ötən illərin təcrübəsi də göstərir ki, müxalifət qüvvələrinin hamısının bir araya gəlməsi faktiki cəhətdən mümkün deyil. Bu baxımdan, mən bu dəfə də müxalifətin vahid namizəd müəyyənləşdirə biləcəyinə inanmıram. Əslində seçki yaxınlaşdıqca müxalifət daxilində daha çox bir-birindən uzaqlaşma meylləri yaranır. Hazırda bu meyllər güclənməkdədir. Yəni, hər bir siyasi qüvvə vahid namizəd kimi öz liderini görür və onun dəstəklənməsini istəyir. Belə olan təqdirdə hər hansı bir kompromis variant da qalmır və nəticədə pərakəndəlik yaranır. Hakimiyyətə gəldikdə isə namizədin kimliyi ilə bağlı rəsmi bir mövqe yoxdur. Ancaq prinsip etibarı ilə hakim komanda bir neçə dəfə bildiriblər ki, indiki dövlət başçısını növbəti dəfə namizəd olmasına tərəfdardırlar. Hər halda namizədlə bağlı birmənalı mövqeyin olmaması istər-istəməz narahatlığa gətirib çıxarıb. Hesab edirəm ki, görünür, hakimiyyət 2013-cü il prezident seçkilərinin necə keçəcəyini bilir, amma kiminlə getməklə bağlı vahid qərar yoxdur. -Bu, hakimiyyətdaxili qrupların çarpışmasının nəticəsidir, yoxsa Qərbin bir nəfərin üçüncü dəfə namizəd olmasına olan münasibəti ilə bağlıdır? -Bu məsələdə hakimiyyətdaxili qruplaşmaların toqquşmasının bir o qədər də əhəmiyyəti yoxdur. Bu günə kimi hakimiyyətdaxili qruplaşmalar dail olub və vaxt aşırı da toqquşublar. Amma onlar hər zaman bir araya gəliblər və seçkidə monolit bir qüvvə kimi çıxış etməyi bacarıblar. Bu zaman bur namizədi müdafiə etməyə məcbur olublar, çünki həmin namizəd gələcəkdə onların hakimiyyətdəki imkanlarını təmin edib. Mən, bu gün namizədlə bağlı hakimiyyət daxilindəki vahid mövqeyin olmamasını xarici amillərlə bağlayıram. Çünki Qərb dairələri, beynəlxalq təşkilatlar prinsip etibarı ilə başqa dövlətlərdə bir şəxsin üçüncü dəfə namizəd olmasını qəbul eləmirlər. Onları düşüncə tərzinə görə, icra hakimiyyəti funksiyasını yerinə yetirən adam maksimum iki dəfə seçkidə iştirak edə bilər. Son dövrlərin açıqlamaları da göstərir ki, Qərbin bu məsələdə mövqeyi sərtdir, ona görə də bu barədə qərar vermək çətinləşib. -Qulamhüseyn bəy, deyirsiniz ki, hakimiyyət namizədi müəyyənləşdirməsə də, seçkini necə keçəcəyini bilir. Belə çıxır ki, budəfə də saxtakarlıq olacaq? -Təbii ki, hakimiyyət əvvəlki seçki texnologiyalarından istifadə edəcək, 2008, 2010-cu il seçkilərində olduğu kimi, saxtakarlıq texnologiyalarına ümid edir. Bu baxımdan, hakimiyyətin seçkiyə güclü hazırlaşdığını güman etmək olmaz. Yəni, hakimiyyət bəribaşdan 2013-cü il seçkilərini saxtalaşdıracağını müəyyənləşdirib. Əslində, onun başqa bir yolu da yoxdur, çünki özmrünü uzatmağın tək yolu saxtakarlıqdır. -Axı müxalifət düşərgəsindən fikirlər səslənir ki, bu dəfə fərqli proseslər olacaq, hakimiyyət seçkini əvvəlki qədər rahat saxtalaşdıra bilməyəcək... -Ümumiyyətlə, rəqabətin əsas prinsipi odur ki, tərəflər proseslərin gedişatını dəyişdirməyə çalışır. Müxalifət nümayəndələrinin çıxışları da bu qəbildəndir. Yəni, bu kimi açıqlamalarla, bu yanaşma ilə seçkinin gedişatına təsir etməyə çalışırlar. 2013-cü il seçkiləri ilə bağlı müxalifətin bu tipli bəyanatlarını da müsbət aadım kimi dəyərləndirirəm. Onu da qeyd edim ki, bu kimi bəyanatlar hakimiyyətə təsir edən amil kimi də qiymətləndirilə bilər. Yəni, hakimiyyət də başa düşməlidir ki, seçki oyuncaq deyil. Bu mənada hakimiyyət seçkinin necə keçirilməsi barədə düşünməlidir. Bu çağırışlar da ona əsaslanır ki, hakimiyyət seçkinin demokratikliyini təmin eləsin. Əslində, hakimiyyətin vəzifə borcudur ki, seçkinin azad və ədalətliliyini təmin eləsin. -Hakimiyyət bu çağırışları nəzərə alıb demokratik seçki keçirə bilərmi? -Hələki hakimiyyətdə belə bir iradə görünmür. İndiki prizmadan baxsaq, 2013-cü ildə seçki texnologiyalarında, gediçatındaŞ nəticələrin elan olunmasında hansısa dəyişikliyin olacağını demək olmaz. Amma hələ seçkiyə vaxt var və hər an şərait dəyişə bilər. Həm ölkə daxilindəki siyasi qüvvələrin fəallaşması, əhalinin özünün laqeydlikdən kənara çıxması, bir sıra beynəlxalq güclərin də Azərbaycanda demokratik seçkilər keçirmək istərinin reallaşması mümkündür. Hər halda düşünürəm ki, hakimiyyət məcbiriyyətdən də olsa, seçki texnologiyalarında dəyişiklik etəməli olacaq. -Son dövrlər kənar qüvvənin, yeni namizədin ortaya çıxmasından söhbət gedir. ?Milyarderlər ittifaqı?nın yaradılması və s. kimi məsələlər bu mövzunun gerçəkliyinə inam yaradır. Bu barədə Siz nə düşünürsünüz, ənəvi müxalifət liderlərinin şansı çoxdur, yoxsa üçüncü qüvvənin dəstəklədiyi yeni namizədin? -Əgər normal seçki keçirilsə, hesab edirəm ki, müxalifətin şansı daha çoxdur. Çünki əslində cəmiyyət bu hakimiyyətdən bezib. Ölkədə mövcud olan korrupsiyanın səviyyəsi, milyardlarla dövlət vəsaitinin mənimsənilməsi, yürüdülən anti-demokratik siyasət hakimiyyətə böyük etimadsızlıq yaradıb. Ancaq müxalifətin özünün də böyük etimadı yoxdur. Amma hakimiyyətlə müqayisədə müxalifətin təmsilçisinə xalqın etimadı daha böyük olar. Baxmayaraq ki, arxasında hansısa dövlət adayanıb, kənardan gələn şəxsin şansını bir o qədər güclü hesab etmirəm. Doğrudur, son dövrlər ?Milyarderlər ittifaqı? gündəm mövzusudur və bu barədə müxtəlif fikirlər dolaşır. Amma bu qurumun siyasi proseslərlə bağlı açıqlamaları olmayıb. Tutaq ki, onların da nümayəndələri prosesə qoşulacaq, amma bu qurumun siyasi situasiyanı dəyişə biləcəkləri ehtimalı inandırıcı görünmür. Amma hesab edirəm ki, normali bir mühit olsa, müxalifətə etimad göstərilə bilər. -Qulamhüseyn bəy, Sizin də təmsil olunduğunuz Məşvərət Məclisinin fəaliyyəti nə yerdədir? -Düzdür, biz partiya olaraq həmin qurumun içində iştirak edirik. Amma Məşvərət Məclisi hələki qarşısına seçkiyə yönəlik bir təşkilat kimi, siyasi blok kimi fəaliyyət göstərmək məqsədi qoymaqyıb. Əslində, Məşvərət Məclisinin əsas məramı 2013-cü ildə azad və ədalətli seçkilərin keçirilməsi üçün normal şəraitin yaradılmasına nail olmaqdır. Hesab edirəm ki, Məşvərət Məclisinin bu istiqamətdəki fəaliyyəti müsbət qiymətləndirilə bilər. O ki qaldı qurumun gələcəkdə seçki blokuna çevrilməsinə, güman eləmirəm ki, Məşvərət Məclisi siyasi bloka çevrilib seçkiyə vahid qüvvə kimi getsin. -Başqa bi məsələdə var ki, Məşvərət Məclisini ciddi bir qurum kimi qəbul eləmirlər. Xüsusən də İctimai Palata Sizin birgə müzkirə çağırışlarınıza belə əhəmiyyət vermir, yaxud da Rəsul Quliyevin ittifaqı kimi qələmə verirlər... -Bu cür fikirlər söyləyənlərin özlərinə qarşıda analoji əks fikirlər də söyləmək olar. O patiyaları da, birlikləri də qeyri-ciddi qurum, hakimiyyəti əlaltısı adlandırmaq olar. Ancaq mən bu cür qarşılıqlı ittihamları yersiz və əhəmiyyətsiz hesab edirəm. Sadəcə olaraq, siyasətlə məşğul olan adamlar Azərbaycanda daxili reallığı qiymətləndirməyi bacarmalıdırlar. -Bu günə kimi İctimai Palatada İsa Qəmbər, Məşvərət Məclisindən Rəsul Quliyev namizədliyini irəli sürüb. Ümumiyyətlə, müxalifətdən kimi daha şanslı sayırsınız? -İstər Rəsul bəy, istər İsa bəy, istərsə də başqa bəylərin namizəd olmaq hüquqları var və buna hörmətlə yanaşmaq lazımdır. Amma mən güman eləmirəm ki, İctimai Palatanın namizədi İsa Qəmbər olacaq. Böyük ehtimalla İctimai Palata seçkidə vahid koalisiya kimi iştirak edə bilməyəcək. Eyni sözləri Məşvərət Məclisi üçün də demək olar. Bu baxımdan həmin şəxslərin namizədliyi ya fərdi qaydada olacaq, ya da bir neçə partiyanın dəstəklədiyi namizəd olacaqlar. -Müxalifətin bu şəkildə seçkiyə getməsi hakimiyyətlə mübarizədə daha zəif olmayacaq ki? -Bu cür ehtimallar da irəli sürmək olar. Amma nə etmək olar ki, Azərbaycan reallığı bundan ibarətdir. Təəssüf ki, Azərbaycan müxalifəti seçkidə bir araya gəlib vahid namizəd müəyyənləşdirmək imkanına malik deyil. Təbii ki, bu, hakimiyyətlə mübarizədə müxalifətin qələbə imkanlarını aşağı salır. -Qulamhüseyn bəy, Aydınlar Partiyasının seçki ilə bağlı mövqeyi nədən ibarətdir? -Bizim partiya seçkidə iştirakın tərəfdarıdır. Hələki seçki ilə bağlı rəsmi qərarımız yoxdur, amma partiyanın əksəriyyəti seçkidə təkbaşına iştirakın tərəfdarıdır. Mən özüm də namizəd olmaq barədə düşünürəm. Amma biz prinsip etibarı ilə müxalifətin hamısının birləşərək dəstəkləyəcəyi namizədi dəstəkləyə bilərik. Ona görə də son qərarı vermək üçün bir qədər gözləmə mövqeyi tutacağıq. Z.ƏHMƏD

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA