Parlamenti yenə təhqir etdi

img

27-11-2012 [12:53]


Bir müddət əvvəl Milli Məclisi ?zooparka? bənzədən politoloq İlqar Məmmədov parlamentin bir qrup deputatının onu məhkəməyə verəcəyinə dair hədələrindən çəkinməyib. İlqar Məmmədov dünən ?Facebook? səhifəsində yenidən Milli Məclisi təhqir edib. O, statusunda bunları yazıb: ?Deyəsən, ?zoopark?ın sahibi o 44 deputata əmr verdi ki, dinc oturun, İlqarı məhkəməyə-zada verməyin. Yoxsa əvvəl-əvvəl alov püskürürdülər - Hadı Rəcəbli, Siyavuş Novruzov, Fəzail Ağamalı, Adil Əliyev, Cavanşir Paşazadə və s. "məhkəmə şikayətçiləri". Bəzi adamlarsa elə bildi ki, İlqar artıq həbsxanadadır, küçədə saxlayıb soruşurdular ki bəs "Sizi nə tez buraxdılar??. ?İlqar Məmmədov düşünürsə ki, bir qrup deputat onu məhkəməyə vermək istəyindən vaz keçib, o yanılır. Biz onu məhkəməyə vermək barədə qərarımızda qətiyik?. Bu sözləri YAP-çı deputat Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, məhkəmə iddiasından geri çəkilmələri üçün deputatlara hansısa formada göstəriş verilməyib: ?Sadəcə məhkəmə üçün prosedurlar var. Buna uyğun da addım atılacaq?. /bizimyol.info/

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA