Fuad Muradov Rumıniyanın eks-prezidenti ilə görüzdü

img

29-11-2012 [02:30]


?Böyük İpək Yolu? Beynəlxalq Gənclər İttifaqının prezidenti, Azərbaycan Milli Məclsinin üzvü Fuad Muradov Qazaxstanın paytaxtı Astanada bir sıra görüşlər keçirib. Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, ?İpək Yolu? Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının 1-ci icasının keçirildiyi Astana şəhərinin hakimatında görüş keçirilib. Daha sonra deputat F. Muradovla Qazaxstanın təhsil və elm nazirinin müavini Murat Orunxanovla görüşüb. Söhbət zamanı ?İpək Yolu? Gənclər Təşkilatına üzv ölkələri arasında mədəni inteqrasiyanın inkişafında təhsil və elm mühüm rol oynaması barədə söhbət aparılıb. Bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə olunub. F. Muradovun Karakanda Dövlət Sənaye Unversiteinin rektoru Marat İbatovla görüşü zamanı isə gənc tələbələrin elmi mübadiləsi barədə təkliflər səsləndirlirb. Həmçinin Qazaxstanın ik prezidenti bayram ilə əlaqadar bu ölkəyə gələn Rumıniyaın eks-prezidenti Emil Konstaninesku ilə deputat Fuad Muradovun görüşü olub. Rumıniyanın keçmiş prezidentinə ?Böyük İpək Yolu? Gənclər İttifaqının prioritetləri ilə, o cümlədən təşkilatın fəaliyyəti istqamətləri barədə məlumat verilib. ?Böyük İpək Yolu? Beynəlxalq Gənclər İttifaqının rəhbəri F. Muradov Astana hakimatının dəvəti ilə Qazaxstan prezidenti Nursultan Nazarbayevin şərəfinə keçirilən ?Birnici prezident? Günləri ilə bağlı rəsmi ziyafətdə də iştirak edib. Ziyafətə Avropa ölkələrinin bir sıra eks-prezidentləri, o cümlədən Avropa Şurasnın keçmiş baş katibi Valter Şvimmer qatılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA