Müsavatdan həbs olunmuz AXCP üzvünə dəstək

img

25-11-2012 [09:08]


Müsavat Partyası AXCP fəalı Dəyanət Babayevin həbsi ilə bağlı Bəyanat yayıb. Partiyadan mia.az daxil olan bəyanatın surətində bildirilir ki, AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babayev noyabrın 17-də ?Parlament buraxılsın? tələbi ilə keçirilən aksiyanın fəal iştirakçısı olub. Aksiyada polis tərəfindən saxlanılan Dəyanət Babayevə 7 sutka müddətinə inzibati həbs cəzası verilib. Daxili İşlər Nazirliyi Dəyanət Babayevin bu dəfə noyabrın 7-də baş verən insidentə görə saxlandığını açıqlayıb. Nazirlikdən bildirilib ki, o, həmin gün daha iki partiyadaşı Musa Rahim və Elvin Baycanla Nizami küçəsində Tofiq Səlimov adlı şəxsi təhqir edib, ona yüngül bədən xəsarəti yetirib. Dəyanət Babayev Nəsimi rayon polis idarəsinə aparılıb və barəsində xuliqanlıq maddəsi ilə cinayət işi qaldırılıb. Müsavat Partiyası hesab edir ki, Dəyanət Babayevə qarşı siyasi fəaliyyəti və aksiyalarda, eləcə də sosial şəbəkələrdə görsətdiyi fəallığa görə cinayət işi açılıb. Azərbaycan hakimiyyətinin siyasi fəalları müxtəlif üsullarla həbs edir. Son dövrlər hakimiyyət aksiyalarda fəallıq göstərən gənclərə qarşı repressiyanı gücləndirib. Azərbaycan iqtidarı bu üsullarla fəal gənclərin gözünü qorxutmaq, onların mübarizə əzmini zəiflətməyə çalışır. Müsavat Partiyası bəyan edir ki, müxalifət fəallarına qarşı bu cür repressiyalar hakimiyyətin istədiyi effekti verməyəcək. Bu həbslər demokratik düşərgənin demokratiya uğrunda mübarizəsinin qarşısını ala bilməyəcək. Müsavat Partiyası hakimiyyəti Dəyanət Babayevin azadlığa buraxmağa və müxalif fəallara qarşı təzyiqlərə son qoymağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA