KXCP idarə Heyətinin iclası keçirilib

img

22-11-2012 [04:54]


Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. KXCP İdarə Heyəti qərarların icra vəziyyətini qənaətbəxş hesab edib. KXCP, Milli Məclisin ?Sərbəst toplaşmaq azadlığı haqqında? qanununa dəyişikliklərlə bağlı bəyanat qəbul etmişdir. Bəyanatda deyilir: ?KXCP, Milli Məclisin qəbul etdiyi dəyişiklikləri və prezident İ.Əliyevin həmin dəyişikliyi təsdiq etməsini rejimin demokratiyaya zidd, mürtəce bir yolda olmasını təsdiq edən fakt kimi qiymətləndirir və bunu rejimin sonunun yaxınlaşmasının əlaməti hesab edir?. KXCP, prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında YAP-a sədr seçilməsini, YAP-n rayon qərargahlarının açılış proseslərində iştirakını Kontitutsiyaya zidd hesab edərək prezidentdən qanunlara tabe olmaq nümunəsi göstərməyi tələb edir. KXCP, 17 noyabr da Bakının Fəvvarələr meydanınıda ?Parlament buraxılsın? şüarı ilə keçirilən aksiya iştirakçılarına qarşı pols zorakılığını pisləyir və həbs edilmiş iştirakçıların dərhal buraxılmasını hakimiyyətdən tələb edir. KXCP son günlər İsrail ordusunun Qəzzada törətdiyi kütləvi qırğınları pisləyir, İsrail-Fələstin müharibəsində tərəflərin münaqişəni hərb yolu ilə davam etdirməsinin xalqların kütləvi qırğını ilə nəticələnə biləcəyindən narahatlığını ifadə edərək münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu ilə həll olunmasına və regionda sülhün bərqərar edilməsinə çağırır. KXCP son günlər Rusiyanın Azərbaycanla bağlı yeritdiyi siyasətlə bağlı bəyanat qəbul etmişdir. Bəyanatda deyilir: ?KXCP, Azərbaycan hakimiyyətinin son 19 ildə Rusiya, İran və qərblə apardığı ?balanslı? siyasətinin milli dövlətçiliyimizlə bağlı faciəvi sonluğuna yaxınlaşmasını qeyd edir. Bu özünü ?demokratiya? pərdəsi altında demokratik dünya, ?qonşularla sülh? pərdəsi altında region siyasətinin məntiqə söykənməyən nəticəsi kimi ölkəninin çıxılmaz vəziyyətə sürüklənən bu günki vəziyyətində aydın görünür. KXCP, bu ağır durumda milli dövətçiliyə sadiq bütün qüvvələrin vahid mövqedən - milli dövlətçilik mövqeyindən çıxış etməsini təklif edir, milli maraqlardan kənar çıxış edən qüvvələrlə əməkdaşlıq etməməyə çağırır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA