3 partiya sədri görüzdü

img

24-11-2012 [12:56]


Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mayis Güləliyev və VİP sədri Əli Əliyev arasında görüş keçirilib. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, AYP, Ədalət və VİP-in iştirakı ilə siyasi blokun təsisatı, eyni zamanda, bir sıra cari məsələlər müzakirə olunub. Partiya rəhbərləri siyasi blokun yaradılması istiqamətində artıq bir müddətdir, davam edən üçtərəfli müzakirələrdə önəmli məsafə qət edildiyini və əsas prinsipial məsələlərdə razılığa gəlindiyini məmnunluqla vurğulayıblar. Danışıqların yekun mərhələyə daxil olduğunu diqqətə çatdıran tərəflər partiyadaxili məsləhətləşmələrdən sonra müzakirələri qarşıdakı günlərdə davam etdirməyi qərarlaşdırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA