Sərdar Cəlaloğlu: ?Müsavat Partiyasını hökumət maliyyələzdirir?

img

19-11-2012 [02:01]


Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu Müsavat başqanı İsa Qəmbərin bəzi müxalifət partiyaları haqda səsləndirdiyi fikirlərə etirazını bildirib. ADP sədri İsa Qəmbərin ?Yeni Müsavat? qəzetinə verdiyi müsahibəsində Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının bəzilərinin xarici qüvvələrin, bəzilərinin isə hakimiyyətin nəzarətində olduğu haqda səsləndirdiyi fikirləri Modern.az-a şərh edib. S.Cəlaloğlu İsa Qəmbərin fikirləri ilə razılaşmadığını deyərək, Müsavat Partiyasının da Azərbaycan hakimiyyəti tərəfindən maliyyələşdiyini bildirib. ?Bu haqda mən də eşitmişəm ki, Müsavat Partiyası hökumətdən maliyyələşir, idarə olunur. İsa Qəmbər belə fikir səsləndirirsə, yaxşı olar ki, ortaya fakt qoysun. Bildirsin ki, kim Rusiyadan, kim İrandan, kim də Amerikadan maliyyələşir. Eyni ilə iqtidar da belə deyir. İsa Qəmbərin fikirləri ilə iqtidarın fikirləri üst-üstə düşür. İqtidar da deyir ki, bəzi partiyalar xaricdən maliyyələşir, İsa Qəmbər də. Burada belə bir sual vermək istərdim, nə üçün İsa Qəmbərlə iqtidarın fikri belə üst-üstə düşür? Fikir verin həmin fikirləri Müsavat Partiyasının ünvanına səsləndirəndə bu olur böhtan, ədalətsizlik, şantaj. Amma Müsavat başqa partiyalarının əleyhinə deyəndə onların dedikləri fakt olur. İsa Qəmbər müxalifətdir, o iqtidar deyil ki. Həqiqətən də o, bilirsə ki, Azərbaycanda hansısa partiyalar xaricdən və yaxud da daxili qüvvələr tərəfindən maliyyələşir, idarə edilir, belə olan təqdirdə açıq şəkildə mübarizə aparmalıdır. Belə partiyalar Azərbaycanın müstəqilliyinə, suverenliyinə böyük töhlükədir. Əgər İsa Qəmbərin dediyi kimi, belə partiyalar varsa, biz müxalifət olaraq onlarla mübarizə aparmağa borcluyuq. Odur ki, İsa Qəmbərin əlində real fakt varsa, buyursun açıqlasın?, - deyə S.Cəlaloğlu Müsavat başqanına cavab verib. ADP sədri daha sonra İsa Qəmbərə müraciət edərək, səsləndirdiyi ittihamları sübut etməsini tələb edib: ?Tutaq ki, mən bilirəm ki, Müsavat Ermənistanın Azərbaycanda maraqlarını təmsil edir, susmalıyam? Bu necə ola bilər? Əlində faktı, sübutu ortaya qoyub, əsaslandırmaq lazımdır?. Qeyd edək ki, sözügedən müsahibədə vahid namizəd məsələsinə toxunan Müsavat başqanı İsa Qəmbər ölkəmizdə fəaliyyət göstərən müxaliyönlü siyasi partiyaların bəzilərinin xarici qüvvələrin, bəzilərinin isə Azərbaycan hakimiyyətinin nəzarəti olduğunu açıqlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA