Ağdamda Rüstəm ibrahimbəyova dəstək aksiyası keçirilib

img

17-11-2012 [02:39]


Hakimiyyət təmsilçilərin kinossenarist Rüstəm İbrahimbəyova qarşı əsassız hücümları xalq arasında narazılıqla qarşılanır. Artıq Azərbaycanın ayrı-ayrı bölgələrində Rüstəm İbrahimbəyovun müdafiəsi məqsədilə müxatəlif aksiyalar keçirilir. Noyabrın 17-də Ağdam rayonun Quzanlı qəsəbəsində rayonun nüfuzlu ziyalılarının və siyasi partiya təmsilçilərinin iştirakı ilə iclas keçirilib. İclas iştirakçıları Rüstəm İbrahimbəyovun ünvanına bəzi iqtidar təmsililəri tərəfindən səslənən fikirlərə öz etirazlarını bildirən bəyanat qəbul ediblər. MİA.AZ-saytına daxil olan bəyanatda deyilir: Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalından ən çox ziyan çəkən rayonlardan birinin sakinləri kimi bu gün vətənpərvəlik libasına bürünüb ölkənin nüfuzlu ziyalılarına böhtan atan iqtidar təmsilçilərinin əməllərini qətiyyətlə pisləyirik. Bu gün vətənpərvəlik libasına bürünənlərin biri də ölkənin ağır günlərində onun müdafiəsində bir gün də olsun iştirak etməyiblər. Atəşkəs dövründə erməni əsgərləri tərəfindən şəhid edilən ağdamlıları yada salmayan, onların ailə üzvülərinin dərdinə şərik olmayann, bir dəfə də olsun cəbhə bölgəsində yaşayan insanların qayğılarını müzakirə etməyən Milli Məclis üzvülərinin indi vətənpərvərlik libasına bürünməsi ancaq istehza doğurur. Biz Ağdam ictimaiyyətinin təmsilçiləri olaraq belələrini Azərbaycan xalqını bütün dünyada tanıdan bir neçə Azərbaycanlıdan biri olan görkəmki kinorejissor və ssenarist, Oskar mükafatı laureatı Rüstəm İbrahimbəyova qarşı heç bir əsası olmayan böhtan və təhqirlərini pisləyir, bu kompaniyaya son qoyulmasını tələb edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA