MMP-də ?milyarderlər ittifaqı? müzakirə olunub

img

16-11-2012 [01:40]


Bu gün Muasir Musavat Partiyasının Mərkəzi qərargahında partiyanın İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda ilk öncə ölkədə və dünyada baş verənlər müzakirə edilərək, hadisələrə siyasi qiymət verilib. İdarə Heyəti son günlər Azərbaycan gündəmini zəbt edən və ciddi narahatçılığa səbəb olan, Rusiyada yeni yaranmış ÜATİ-nin hansı məqsədlə və kimlərin sifarişi ilə yaranma səbəblərini analiz edərək, hadisələrin Azərbaycan dövlətinə mənfi və ya müsbət təsirini və MMP ?nin Prezidentə qarşı yaranacaq hər hansı bir təhlükədə atacağı addımları müzakirə edib. Toplantıda məsələ ətrafında uzun müzakirələrin nəticəsini partiya sədri Hafiz Haciyev öz cıxışı ilə yekunlaşdırıb. MMP sədri ÜATİ-nin cox böyük məqsədlər üçün yaradıldığını qeyd edib: ?Bu təşkilat konkret olaraq Kremilin sifarişi ilə yaranıb.Rusiya Azərbaycanda hökmranlığı itirəndən sonra ,yenidən öz mövqeyini bərpa etməyə çalışır. Təbii qarşılamaq lazımdır bu halı.Azərbaycan kimi strateji əhəmiyyətli bir dövlətdən əlini üzmək Rusiyanın həzm etməyəcəyi və yaxud qəbul etməyəcəyi bir haldır.Rüsiya bunu azərbaycanlı milyarderlərin əli ilə etmək istəyir.Bax...bu artıq məsələni qəlizləşdirir.Həmin milyarderlər Azərbaycanaın iqtisadiyyatına güclü təsir etməklə təhlükəli vəziyyət yarada bilərlər.İndiki dövrdə bu cür təhlükələr Azərbaycanı üşün ən arzuedilməz haldır.Məndə olan məlumata görə həmin təşkilat planlarını həyata keçirmək üçün müxalifətin içində də öz dayaqlarını yaratmağa çalışırlar.Artıq Azərbaycanın milli maraqlarına zərbə vuran satqınlıqla müəyyən ilkin razılıqlar da əldə edilib?. Toplantıda ?Milyarderlər İttifaqının? nə qədər irəli gedəcəyi müzakirə edilib. Azərbaycanlılardan ibarət bu qrupun nə isə yanlış hərəkət etməsinə inanmayan partiya funksionerləri ,buna baxmayaraq, yaranacaq hər hansı təhlükənin qarşısını almaq üçün təkliflər veriblər. Nəticədə qərar qəbul edilib ki, xaricdən və daxildən gələn hər hansı təhlükənin qarşısını almaq üçün partiya üzvləri prezidentin ətrafında birləşəcək və partiyanın fəal üzvlərindən ibarət ?mobil? dəstələr yaradılacaq. Eyni zamanda bu dəstələr mütəmadi olaraq hadisələrin gedişatına uyğun təlimatlandırılacaq. Toplantının sonunda partiyadaxili məsələlər də müzakirə edilib. MMP mətbuat xidməti

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA