Demokratik Qüvvələrin Məzvərət Məclisinin iclası keçirilib

img

13-11-2012 [05:07]


Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) ADP-nin Mərkəzi Qərargahında ADP sədrinin müavini Taliyət Əliyevin sədrliyi ilə növbəti yığıncağı keçirilib. Yığıncaqda Yusif Bağırzadə (AMİP), Şakir Ulubəy (DBP), Əvəz Temirxan (ALP), Sülhəddin Əkbər (ACP), Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası), Həsən Həsənov (Azad Azərbaycan Partiyası), Tahir Abbaslı (İslam Demokratik Partiyası), Valeh Mirzəyev (Xalq Azadlıq Partiyası), Bəybala Əbilov (KXCP) iştirak ediblər. İclasda qurumun sonuncu iclasında qəbul olunmuş qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi vəziyyət və cari məsələlər ətrafında müzakirələr aparılıb. Toplantıda ötən həftə qəbul olunan qərarların icra vəziyyəti ilə bağlı səlahiyyətli şəxslərin məruzəsi dinlənilib və qərarların icra vəziyyəti qənaətbəxş hesab edilib. Toplantıda ?Sərbəst toplaşmaq azadlığı haqqında? Qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə Milli Məclisdə edilən dəyişikliklərin ölkə başçısı tərəfindən imzalanması məsələsi geniş müzakirə olunuş, bu hadisə qətiyyətlə pislənilmiş, adı çəkilən qanunlara edilən əlavə və dəyişikliklər ölkədə insan və vətəndaşların fundamental hüquqlarına və azadlıqlarına qarşı yönəlmiş qəsd, sərbəst toplaşmaq azadlığının məhv olunması kimi dəyərləndirilmiş və adı çəkilən qanunlara edilən dəyişiklərin Azərbaycanın beynəlxalq aləmdəki onsuz da zəif olan imicinə ciddi zərbə vuracağı qeyd edilmişdir. Toplantıda 15 noyabr 2012-ci il tarixində nəzərdə tutulan piketlə bağlı BŞİH-ə edilən müraciətə hələ də cavab verilməməsi hakimiyyət orqanlarının ölkə qanunlarına məhəl qoymaması və ölkədə sərbəst toplaşmaq azadlığına qeyri-rəsmi qadağa qoyulmasının nümunəsi kimi dəyərləndirilmişdir. Toplantı iştirakçıları 17 noyabr 2012-ci il tarixində gənclərin planlaşdırdığı aksiyaya DQMM-nin həm siyasi həm də yaxından dəstək olmasının vacibliyini qeyd etmiş və bu barədə qərar qəbul edilmişdir. Toplantıda BŞİH-dən Bakı şəhər 1 saylı İnzibati-İqtisad Məhkəməsinə edilən şikayətə qanuna zidd olaraq hələ də baxılmaması ölkədə hüquqi nihilizmin əlaməti və məhkəmə hakimiyyətinin qanunlarla deyil, siyasi sifarişlə işləməsinin əlaməti kimi dəyərləndirilib. Ölkənin artıq seçki ilinə qədəm qoyması və bundan dolayı mövcud problemlər ətrafında aparılan müzakirələr zamanı toplantı iştirakçıları hakimiyyəti ölkədə seçkiqabağı situasiyanın demokratikləşdirilməsi, bütün iddialı namizədlərə, o cümlədən mühacir həyatı yaşayan ACP lideri Rəsul Quliyevin ölkəyə qayıdaraq seçkilərə qatılmasına şərait yaratmağa çağırıb. Toplantıda Seçki Məcəlləsinə əlavə və dəyişiklər, xüsusi ilə seçki komissiyalarının formalaşdırılması prinsipi ilə bağlı təklif olunan layihələr sırasında Azadlıq Partiyasının sədri Əhməd Orucun təklif etdiyi prinsip qəbul olunmuşdur. Toplantıda həmçinin DQMM-nin strukturlarının formalaşdırılması məsələsi də müzakirə olunmuş, yaxın perspektivdə bu qurumların yaradlılmasının vacibliyi qeyd edilmişdir. DQMM-in növbəti iclasının 20 noyabr tarixində Şakir Ulubəylinin sədrliyi ilə AMİP qərargahında keçirilməsi haqqında da razılıq əldə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA