Etibar Məmmədov 2013 seçkilərinə hazırlazır

img

13-11-2012 [04:32]


?İstənilən halda Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) gələn il keçiriləcək prezident seçkilərində iştirak edəcək?. Bunu AzNews.az-a açıqlamasında AMİP-in Mərkəzi Şurasının üzvü Əli Orucov bildirib. Onun sözlərinə görə, indiyədək AMİP bütün seçkilərdə iştirak edib və özünəməxsus uğurlar qazanıb: ?Biz yenə də seçkilərdə iştirak edəcəyik. Amma hansı formada iştirak edəcəyimiz isə müzakirələrdən və qurultayın verəcəyi qərarardan asılı olacaq?. AMİP-in planlaşdırdığı aksiyalara da toxunan Ə.Orucov deyib: ?Biz aksiya keçirmək istəsək də, Bakı şəhər İcra Hakimiyyəti buna icazə vermir. Bakı meriyası popuqay kimi hərəkət edir, hər zaman bizə eyni cavab verir ki, aksiyanı gedin 20-ci sahədə keçirin. Heç olmasa cümlədə müyyən düzəliş etsinlər. Hər zaman eyni cavab verirlər?. Şura üzvü həmçinin qeyd edib ki, AMİP-in qurucusu və ilk sədri olan Etibar Məmmədov siyasətdən getməyib: ?Sadəcə olaraq E.Məmmədov indi fəal siyasətdə deyil. O, gələn keçiriləcək prezident seçkilərinə qatıla da, qatılmaya da bilər. Siyasətdə hər şeyin baş verməsi mümkündür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA