Müqavimət hərəkatı hər kəsi aksiyada iztiraka çağırdı

img

06-11-2012 [05:24]


tik Qüvvələrin Məşvərət Məclisi (DQMM) belə hesab edir ki, hazırkı hakimiyyət iqtidara gəldikdən sonra ardıcıl olaraq Respublikada insan hüquq və azadlıqlarını kobud şəkildə pozur, beynəlxalq öhdəlikləri yerinə yetirməkdən imtina edir, siyasi partiyaların xalqla təmasının bütün formalarını, eyni zamanda mitinq və nümayiş keçirməyə verilən imkanları Konstitusiyanın və ?Sərbəst Toplaşmaq Azadlığı? Haqqında Qanunun kobud şəkildə pozulması ilə sərt şəkildə məhdudlaşdırır. DQMM bir daha bəyan edir ki, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası (Maddə 49), ?Sərbəst toplaşmaq haqqında? Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının tərəfdar olaraq iştirak etdiyi beynəlxalq müqavilələrlə təmin edilir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kütləvi aksiyaların keçirilməsinə qoyulan qadağalar, ?Sərbəst toplaşmaq haqqında? qanuna mürtəce dəyişikliklərin edilməsinə göstərilən cəhdlər hakimiyyət tərəfindən Azərbaycanda fikir və ifadə azadlığının məhdudlaşdırılmasını bir daha sübut edir. DQMM Bakı Şəhər İH-nin siyasi partiyalara ayrıseçkiliklə yanaşdığını, mitinqin keçirilməsi üçün müraciət olunan ünvanlarda hakim YAP-nın dəfələlə müxtəlif tədbirlər keçirdiyini, ?Təbriz? kinoteatrının qarşısındakı meydanın Bakı Şəhər İH tərəfindən kütləvi aksiyaların keçirilməsi üçün ayrılmış on iki yerin siyahısında olmasına baxmayaraq, həmin ünvanda belə etiraz aksiyalarının keçirilməsinə qadağanın qoyulması siyasi qüvvələri sivil mübarizə imkanlarından və metodlarından məhrum edir. Demokratik Qüvvələrin Məşvərət Məclisində təmsil olunan siyasi partiyalar bəyan edir ki, mövcud hakimiyyətin bu cür münasibəti demokratik ölkələrdə, xüsusən Avropa Şurası və ATƏT məkanında sərbəst toplaşmaq azadlığının məhdulaşdırılmaması barədə hökumətlərin öhdəlikləri ilə bağlı prinsiplərə ziddir. Kütləvi aksiyalara qadağaların qoyulması sərbəst toplaşmaq azadlığının ayrılmaz hissəsi olan ifadə və birləşmək azadlığına qarşı yönəlməklə Azərbaycan Konstitusiyası, Avropa İnsan Hüquqları Konvensiyası, ATƏT-in Kopenhagen sənədi və Avropa Şurasının sərbəst toplaşmaq azadlığı barədə rəhbər prinisplərinə də ziddir. DQMM həmçinin İctimai Palata tərəfindən sabah keçirilməsi nəzərdə tutulan etiraz aksiyasına, onun tələblərinə tam dəstək verdiyini və Demokratik Qüvvələrin Məşvərət Məclisində təmsil olunan partiyaların üzv və tərəfdarlarının həmin aksiyada könüllü iştirakını məqbul hesab etdiyini bəyan etməklə, Azərbaycandakı bütün demokratiq qüvvələri birgə mübarizəyə dəvət edir. Həmçinin DQMM İP-in sabah parlament qarşısında planlaşdırdığı aksiyaya dəstək olduğunu bəyanlamaqla yanaşı, Məşvərət Məclisinə daxil olan partiya üzvlərinə bu aksiyada iştirakının sərbəstliyini bildirib. Demokratiq qüvvələrin ayrı-ayrı üzvlərinin fədakarlığını yüksək qiymətləndirməklə bildiririk ki, DQMM nəticəli etiraz aksiyalarının olması üçün müxalif qüvvələrin birgə mübarizəsi şərtdir və məhz bunu nəzərə alaraq hər kəsi birgə mübarizəyə çağırırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA