ictimai Palata seçkiyə vahid namizədlə gedəcək

img

06-11-2012 [05:03]


İctimai Palatanın qarşıdan gələn 2013-cü il prezident seçkilərində vahid namizədlə təmsil olunub-olunmaması yenidən gündəmə gəlib. Sonuncu sessiyasında müzakirəyə çıxarılan məsələyə AXCP sədri Əli Kərimli daxil olmaqla İctimai Palatanın digər nümayəndələri də münasibət açıqlayıblar. Hətta, İP-in Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal çıxışında 2013-cü il seçkilərində təşkilatın 4-5 namizədlə çıxış edə biləcəyini bildirib. Müxalifət düşərgəsində kimin prezident seçkilərinə namizəd olacağı haqda yekun qərar verilməsə də, AXCP İctimai Palatanın vahid namizədlə mübarizəyə qoşulmağının vacib olduğunu bəyan edib. Partiyanın sədr müavini Fuad Qəhrəmanlı məsələ ilə bağlı Modern.az saytına açıqlamasında bildirib ki, müxalifətin aparıcı qüvvələrinin birləşdiyi İctimai Palata seçkdə vahid namizədlə iştirak etmək niyyətindədir. İqtidara qarşı mübarizə aparmağın vahid namizədlə mümkün olduğunu hesab edən F.Qəhrəmanlı prezident seçkiləri ilə bağlı mühüm addımların atılacağını deyib. ?Biz Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq əvvəlcədən İctimai Palatanın prezident seçkilərində vahid namizədlə iştirakının tərəfdarı olduğunu açıq şəkildə bildirmişik. Hesab edirəm ki, müxalifətin aparıcı qüvvələrinin birləşdiyi İctimai Palata seçkdə vahid namizədlə iştirak etmək niyyətindədir. Bu səbəbdən də iqtidar seçkini saxtalaşdırmağa məcburdur, ancaq bu da çıxış yolu deyil?, - deyə F.Qəhrəmanlı bildirib. Qeyd edək ki, İctimai Palatanın Koordinasiya Şurası senytabr ayında prezident seçkiləri və eləcədə müxalifətin seçkilərdə vahid namizədlə iştirakı ilə bağlı memorandum imzalamışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA