Məzvərət Məclisi beynəlxalq qurumlara müraciət etdi

img

01-11-2012 [04:15]


Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti iclası keçirilib. Iclasda Yusif Bağırzadə (AMİP), Şakir Ulubəy (DBP), Əvəz Temirxan (ALP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Sülhəddin Əkbər (ACP), Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası), Mais Gülalıyev (Yaşıllar Partiyası), Fuad Əliyev (ALDP), Həsən Həsənov (Azad Azərbaycan Partiyası) və Tahir Abbaslı (İslam Demokratik Partiyası), Valeh Mirzəyev (Xalq Azadlıq Partiyası iştirak ediblər. AMİP Qərargahında Yusif Bağırzadənin sədrliyi ilə keçirilən iclasda 03 noyabr tarixində keçirilməsi nəzərdə tutulan mitinqlə bağlı edilmiş müraciətə Bakı şəhər İH tərəfindən verilmiş cavab müzakirə edilib. Məlum olduğu kimi Bakı şəhər İcra Hakimiyyəti DQMM-ə ünvanladığı cavabda mitinqin keçirilməsi üçün müraciət olunmuş ünvanlardan heç birində mitinqin keçirilməsi məqbul hesab edilməmiş və 20 ci sahədə mitinqin keçirilməsinə şərait yaradılacağı bildirilib. Bununla bağlı məsələni müzakirə edən DQMM 20 ci sahədə mitinqin keçirilməsini məqbul hesab etmyib və 07 noyabr tarixində Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında ?Sərbəst toplaşmaq azadlığı?nın məhdudlaşdırılmasına etiraz olaraq piketin keçirilməsi, eləcə də 10 noyabr tarixində yenidən eyni ünvanlarda və eyni tələblərlə mitinqin keçirilməsi üçün Bakı Şəhər İH-ə müraciət olunması haqqında qərar qəbul edilib. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə verilməsi ilə bağlı da qərar qəbul olunub. Daha sonra ATƏT, AŞ, AB, BMT və digər beynəlxalq təşkilatlara, bu təşkilatlara üzv olan dövlətlərin Azərbaycan Respublikasındakı səfirlərinə və nümayəndələrinə müraciət qəbul olunub. ?Sizin təmsil etdiyiniz dövlətlərin üzv olduğu beynəlxalq təşkilatlar son on ildə Azərbaycandakı mövcud rejimlə əlaqədar onlarla qərar və qətnamələr qəbul edibdir. Bu qərar və qətnamələrdə rejimin: - keçirdiyi bütün seçkiləri saxtalaşdırdığı, yəni faktiki olaraq bütün səviyyələrdə qeyri-legitim dövlət orqanları yaratdığı; - demokratiya və insan haqlarını kütləvi şəkildə kobud pozduğu; - sərbəst toplaşmaq azadlığını sərt şəkildə məhdudlaşdırdığı; - ölkədə onlarla siyasi məhbusun olduğu; - mətbuat azadlığının olmadığı; - jurnalistlərin xüsusi amansızlıqla döyülməsi, öldürülməsi və onlara işgəncə verilməsi; - vətəndaş, sosial və mülkü hüquqların, xüsusən də mülkiyyət hüququnun kütləvi şəkildə pozulması; - ifrat səviyyəyə yüksəlmiş korrupsiya və rüşvətlə xalqın soyulduğu və digər qanun pozuntuları dəfələrlə qeyd olunub. Buna baxmayaraq Azərbaycan hökuməti daha da aqresivləşib, vətəndaşların kütləvi şəkildə etirazlarını bildirmək haqqını tapdalayır, kiçik piketlərin belə keçrilməsinə icazə vermir, gəncləri həbs edir ,işgəncə verir. Bu günlərdə isə iqtidar bir deputatının adından hökumətin icazə vermədiyi kütləvi aksiyanın iştirakçıları və təşkilatçılarına qarşı cərimələrin kəskin şəkildə artırılmasını nəzərdə tutan ?Sərbəst Toplaşmaq Azadlığı? Haqqında AR Qanununa, AR Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsini Milli Məclisə təqdim edib. 02 noyabr 2012-ci ildə parlament kütləvi aksiyalarda iştirak edənlər üçün verilməsi mümkün olmayan cərimələrin tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul etmək istəyir. Göründüyü kimi Azərbaycanda demokratiya və insan haqları sahəsində 2003-cü ildən başlayaraq yaranan və inkişafda olan neqativ tendensiya, o cümlədən bu qanun layihəsinin qəbul etdirilməsi istəyi, ölkəmizin rəsmən bəyan edildiyi kimi Avro-Atlantik məkana, Qərbə doğru deyil, tam tərsinə faktiki olaraq tədricən Şimali Koreyaya doğru getdiyini göstərir. Çox təəssüf ki, bütün bunlar beynəlxalq birliyin gözü qarşısında baş verir. Hörmətli xanımlar və cənablar, bu gün əzilən dinc Azərbaycan xalqı, Sizin demokratiya uğrunda mübarizədə deklarativ bəyənatlarınıza da məhəl qoymayan bir repressiv rejimlə dəmir qəfəsdə canavarla quzu kimi tək təkə qalmış vəziyyətdədi. Azərbaycan hökumətinin başqa ölkələrdə, məsələn RF-də analoji bir qanunun mövcud olduğunu misal gətirməsi absurddu. Birincisi, RF-də iş adamları, milyarder və milyonerlər, eyni zamanda orta sinif də kütləvi aksiyaları dəstəkləyir. İkincisi, məhkəmələr qismən azaddır. Üçüncüsü və ən əsası, hökumət kütləvi aksiyaların keçirilməsinə icazə verir. Ölkəmizdə yaranmış və vətəndaşlarda dərin narahatlıq yaradan bu vəziyyəti nəzərə alaraq Sizdən xahiş edirik ki, bu mürtəce qanun layihəsinin qəbul edilməsinin qarşısının alınmasına real köməklik göstərəsiniz. Əks halda-bu qanun layihəsinin qəbul edildiyi təqdirdə- Azərbaycan vətəndaşlarının kütləvi aksiyalarda həbs olunanlara maddi yardım etmək imkanı belə olmadığından ölkəmizdə kütləvi aksiyaların keçirilməsi bundan sonra faktiki olaraq mümkün olmayacaq. İnanırıq ki, Sizin tərəfinizdən real addımların atılacağı təqdirdə beynəlxalq təşkilatlar qarşısında demokratiya və insan haqları sahəsində öz üzərinə çoxsaylı öhdəlklər götürən Azərbaycan hökuməti geri addım atmaq zorunda qalacaq, nə vətəndaşlarımız, nə də Sizlər bu arzuolunmaz perspektivlə qarşı-qarşıya qalmayacaq?. Demokratik Qüvvələrin Məşvərət Məclisi həmçinin bəyanatla da çıxış edib: ?Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) belə hesab edir ki, hazırkı hakimiyyət iqtidara gəldikdən sonra ardıcıl olaraq Respublikada insan hüquq və azadlıqlarını kobud şəkildə pozur, beynəlxalq öhdəlikləri yerinə yetirməkdən imtina edir, siyasi partiyaların xalqla təmasının bütün formalarını, eyni zamanda mitinq və nümayiş keçirməyə verilən imkanları Konstitusiyanın və ?Sərbəst Toplaşmaq Azadlığı? Haqqında Qanunun kobud şəkildə pozulması ilə sərt şəkildə məhdudlaşdırır. DQMM bir daha bəyan edir ki, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası (Maddə 49), ?Sərbəst toplaşmaq haqqında? Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının tərəfdar olaraq iştirak etdiyi beynəlxalq müqavilələrlə təmin edilir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kütləvi aksiyaların keçirilməsinə qoyulan qadağalar, ?Sərbəst toplaşmaq haqqında? qanuna mürtəce dəyişikliklərin edilməsinə göstərilən cəhdlər hakimiyyət tərəfindən Azərbaycanda fikir və ifadə azadlığının məhdudlaşdırılmasını bir daha sübut edir. DQMM Bakı Şəhər İH-nin siyasi partiyalara ayrıseçkiliklə yanaşdığını, mitinqin keçirilməsi üçün müraciət olunan ünvanlarda hakim YAP-nın dəfələlə müxtəlif tədbirlər keçirdiyini, ?Təbriz? kinoteatrının qarşısındakı meydanın Bakı Şəhər İH tərəfindən kütləvi aksiyaların keçirilməsi üçün ayrılmış on iki yerin siyahısında olmasına baxmayaraq, həmin ünvanda belə etiraz aksiyalarının keçirilməsinə qadağanın qoyulması siyasi qüvvələri sivil mübarizə imkanlarından və metodlarından məhrum edir. Demokratik Qüvvələrin Məşvərət Məclisində təmsil olunan siyasi partiyalar bəyan edir ki, mövcud hakimiyyətin bu cür münasibəti demokratik ölkələrdə, xüsusən Avropa Şurası və ATƏT məkanında sərbəst toplaşmaq azadlığının məhdulaşdırılmaması barədə hökumətlərin öhdəlikləri ilə bağlı prinsiplərə ziddir. Kütləvi aksiyalara qadağaların qoyulması sərbəst toplaşmaq azadlığının ayrılmaz hissəsi olan ifadə və birləşmək azadlığına qarşı yönəlməklə Azərbaycan Konstitusiyası, Avropa İnsan Hüquqları Konvensiyası, ATƏT-in Kopenhagen sənədi və Avropa Şurasının sərbəst toplaşmaq azadlığı barədə rəhbər prinisplərinə də ziddir. DQMM həmçinin İctimai Palata tərəfindən sabah keçirilməsi nəzərdə tutulan etiraz aksiyasına, onun tələblərinə tam dəstək verdiyini və Demokratik Qüvvələrin Məşvərət Məclisində təmsil olunan partiyaların üzv və tərəfdarlarının həmin aksiyada könüllü iştirakını məqbul hesab etdiyini bəyan etməklə, Azərbaycandakı bütün demokratiq qüvvələri birgə mübarizəyə dəvət edir. Demokratiq qüqvvələrin ayrı-ayrı üzvlərinin fədakarlığını yüksək qiymətləndirməklə bildiririk ki, DQMM nəticəli etiraz aksiyalarının olması üçün müxalif qüvvələrin birgə mübarizəsi şərtdir və məhz bunu nəzərə alaraq hər kəsi birgə mübarizəyə çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA