MMP 4-cü qurultayına hazırlıqlara bazladı

img

01-11-2012 [03:24]


52;n Muasir Musavat partiyasının mərkəzi qərargahında partiyanın İdarə heyəti və rayon təşkilat sədrlərinin iştirakı ilə toplantı keçirilib. Ənənəvi olaraq toplantıda son günlər olkədə və dünyada baş verən hadisələr müzakirə edilib. Daha sonra bu günnkü toplanntının gündəliyində duran əsas məsələlərə -MMP-nin 1013-cü il seçkilərində iştirak etmək üçün yerinə yetirilməsi vacib olan işlərə aid müvafiq qərarlara start vermək haqda müzakirələrə başlanılıb. İdarə Heyəti ilk öncə qurultaya hazırlıq üçün təcili zona müşavirələrinə başlamaq qərarı verib.Bu mərhələ başa çatandan sonra partiyanın rayon təşkilatlarında Qurultaya hazırlıq məqsədi ilə konfranslara start verilməsi məsələsi də müzakirə edilib. Toplantıda verilən qərarları yerinə yetirmək üçün 4 nəfərdən ibarət İşçi Qrupu yaradılıb.Rəhbərlik İşçi Qrupuna müvafiq tapşırşqlar və tövsiyələr verib.Qərara alınıb ki,zona müşavirələri və konfranslar başa çatndan sonra MMP Qurultayın keçirilməsinə qərar vermək üçün Siyasi Şuranın növbəti toplantısını keçirsin. Sonda qərara alınıb ki,işlərin uğurlu alınması üçün İşçi Qrupu görülən işlər naqda hər həftənin sonunda Təşkilat Şöbəsinə hesabat təqdim etsin. Qeyd edək ki, MMP bu dəfə seçkidə daha uğurlu iştirak etmək üçün bütün vasitələrdən istifadə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA