Səid Dadazbəylinin müdafiə komitəsi hüquq müdafiəçilərinə qarzı

img

01-11-2012 [02:12]


Səid Dadaşbəylinin işi üzrə ictimai müdafiə komitəsi bir sıra hüquq müdafiəçiləri ilə bağlı bəyanat yayıb. Bu barədə komitədən MİA-ya daxil olan məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, ?Səid Dadaşbəyli və onun dəstəsi? adlanan 10 nəfər məhbus Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 dekabr 2007-ci il tarixli hökmündə Cinayət Məcəlləsinin 218.1, 278, 274 və digər maddələrinə əsasən, bağlı təqsirləri sübuta yetirilməyib. Daha sonra bəyanatda qeyd edilir: ?Azərbaycanın əksər hüquq müdafiəçiləri bizə dəstək olaraq , məhkəmədən çox sonra hökm və qərarı oxuyub araşdırdılar. Beləliklə, Səid Dadaşbəylini və onun qondarma 10 nəfərdən ibarət ?dəstəsini?siyasi məhbus kimi tanıdılar. Insan hüquqlarını müdafiə edən insanlar içərisində ?müdafiəçi ? adı altında hücumçular da var. Çox təəssüf edirik ki, bizim Səidə Qocamanlı kimi hüquq müdafiəçimiz var. 4 ildir ki, biz onu tanıyırıq. Bu dörd ildə bu insan Səid Dadaşbəylinin işinə kömək etmək əvəzinə, yalançı, uydurma çıxışları ilə zərbə vurmaqdan başqa bir iş görməyib?. Bəyanatda daha sonra qeyd edilir ki, oktyabrın 31-də Avropa Şurasının Baş katibinin müavini xanım Qabriyela B. ilə insan hüquqlarının müdafiəçiləri arasında görüş keçirilib: ?Yenə də Səidə Qocamanlı ikibaşlı çıxışı ilə konfrans nümayəndələrini Səid Dadaşbəyliyə qarşı çıxışı ilə çaş-baş salıb. Səidə Qocamanlı onların siyasi məhbus statusundan adlarının çıxarılmasını təkid edir . Bizə çox maraqlıdır ki, bu günahsız 6 ilə yaxın həbs cəzası çəkən insanların siyasi məhbus adı alınmasının Monitorinq qrupuna nə ziyanı var? Səid Dadaşbəylinin müdafiə komitəsi iki ay bundan əvvəl Novella Cəfəroğlu ilə görüşdük. Onların Səid Dadaşbəyli ilə əlaqədar çıxışlarına qarşı öz narahatçılığımızı bildirdik. Novella xanım dedi ki, siz nə istəyirsiniz? Istəyirsinizsə, siyasi məhbus siyahısında qalsınlar, mən narazı deyiləm, məsələ ondadır ki, siyasi məhbus siyahısında olan insanlar uzun müddət məhbus olurlar. Biz dedik ki, bunlar qatil deyil, terrorist deyil, heç bir partiyanın üzvü deyil, zərrə qədər bir kəsə ziyan vurmayıblar, bəs bunlara nə ad vermək olar? Novella xanım cavabında bildirdi ki, onlara vicdan məhbusu daha çox uyğun gəlir. Beləliklə, Novella xanım və digər 10-15 nəfər hüquq müdafiəçilərin imzası ilə vicdan məhbusu statusu alınması üçün məktub hazırlandı və Amnesty İnternationala göndərildi?. Qeyd edək ki, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə əmlakı müsadirə olunmaqla S. Dadaşbəyli, Ceyhun Əliyev, Rəşad Əliyev, Cahangir Kərimov 14 il, Rasim Kərimov, Samir Qocayev, Fərid Ağayev, Bəybala Quliyev 13 il, Emin Mehbalıyev, Mikayıl İdrisov, Rəşad İsmayılov 12 il, Mübariz Süleymanov 9 il, Rafiq İsmayılov 6 il, Zaur Orucov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə əsasən, Fətulla Bəbirova 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Xatırladaq ki, ?Səidin dəstəsi?nə 10 nəfər daxildir. S.Dadaşbəyli və daha 15 nəfər bu ilin yanvarında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İttiham aktına əsasən, Səid Dadaşbəyli ?Mehdi Sahib əz-Zamanın şimal ordusu? dini icmasının sədri olub, onunla birlikdə ittiham olunanlar isə həmin icmanın üzvü olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA