BQP Siyasi Qurulu növbəti iclasını keçirib

img

13-10-2012 [02:30]


Bu gün Böyük Quruluş Partiyasının Siyasi Qurulunun növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət, qərarların icra vəziyyəti, rayon və şəhətr təşkilatlarının ümumi yığıncaqları haqda məlumat və digər məsələlər müzakirə edilib. İclas iştirakçıları tərəfindən partiya Başqanı, Millət vəkili Fazil Mustafanın ictimai-siyasi vəziyyətlə bağlı geniş və əhatəli məruzəsi dinlənilib. İclasda ölkə rəhbəri tərəfdən Azərbaycanda neft hasilatının azaldığına dair açıqlamaya münasibət bildirlərək qeyd edilib: ?Müəyyən informasiyaya qıtlığına rəğmən, müqavilənin bəzi müddəalarının ?Bp? tətəfindən yerinə yetirilmədiyini rəqəmlər aydın şəkildə göstərir.Mütəxəssislərin neçə vaxtdır proqnoz verdiyi istehsalın azalması daha tez və böyük rəqəmlərlə ortaya çıxdı. Azərbaycan tərəfi bu illər ərzində ölkəyə dəyən təxminən 8,1 milyard dollar ziyana görə öz hüquqlarını müdafiə etmək üçün beynəlxalq hüququn yaratdığı imkanlardan yararlanmalıdır. Bununla yanaşı adı çəkilən şirkətdə qanun pozuntuları səviyyəsində insan hüquqlarına hörmətsizlik faktları mövcuddur. Hələ indiyədək həmin şirkətdə və onun podratçı və subpodratçı qurumlarında həmkarlar təşkilatları yaradıla bilməyib. Bu şirkətlərdə ölkə qanunları işləmir. İşçi ilə işəgötürən arasında yalnız əmək müqaviləsi bağlanmalı halda, mülki müqaviləllər bağlanır, bağlanmış müqavilələrə sonradan kobud müdaxilələr edilir,müqavilələrin surətləri işçiyə verimir, tutarlı səbəb olmadan istənilən vaxt işçi işdən çıxarılır, eyni iş müqabilində böyük fərqlə aşağı maaş verilir,mərkəzi ofislərdə hətta azərbaycanlıların öz aralarında dövlət dilində danışmasına imkan verilmir vəs?. Böyük Quruluş Partiyası iqtidarı bu faktlara qarşı prinsipial mövqe tutmağa, ölkə ərazisində fəaliyyət göstərən bütün transmilli şirkətlərdən Konstitusiya və qanunlara hörmətlə yanaşılmasını ciddi şəkildə tələb etməyə çağırır. Partiya belə hesab edir ki, Neft gəlirlərinin getdikcə aşağı düşməsi fonunda Azərbaycanın yeni geniş miqyaslı iqtisadi inkişaf doktrinası hazırlanmalı və icrasına başlanılmalıdır. ?Bu gün dövlət büdcəsinin gəlirlərinin 82 faizi neft sektorundan daxilolmalar təşkil edir. Ölkənin ixracatında da neft gəlirləri ciddi üstünlüyünü qoruyub saxlayır. Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirlməsi üçün münbit iqlim və torpaq şəraiti var.Bu sahəyə lazımi diqqət verməklə, büdcədə neft gəlirlərinin payınının miqdarını xeyli aşağı salmaq olar. Bunun üçün aqrar sahənin inkişafına yönəlik irimiqyaslı dövlət proqramı qəbul ediməli və bu sektorda nəzərəçarpacaq canlanma yaradılmalıdır. ? İclasda Xankəndi aeroportunun istifadəyə verilməsi ilə əlaqədar Erməni tərəfinin yaydığı məlumata da münasibət bildirilib: ?Ermənistan ölkəmizin ərazisinin zəbt edilməsindən faydalanmaq niyyətindədir. Sülh sazişi imzalanmadan işğal olunmuş ərazilərdə strateji mahiyyət daşıyan obyektlərin tikilməsi və mövcud obyektlərdən istifadə olunması qadağandır. Hakimiyyət bu aeroportdan istifadənin qarşısını hüquqi, siyasi və diplomatik yollarla almalı və Ermənistana daha sərt və birmənalı mövqeyini açıq şəkildə çatdırmalıdır. Atəşkəs rejimi şərtlərinin kobud sürətdə pozulması faktı olan bu hadisə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin qarşısında da qaldırılmalı, onların məsələyə müdaxiləsinə və bu qanunsuzluğun aradan qaldırmasına çalışılmalıdır?. Çörəyin Qiymətinin artmasına münasibət bildirən Siyasi Qurul hesab edir ki, bu obyektiv iqtisadi əsaslara söykənməyən daxildəki bəzi işbaz monopoliyaçıların fəaliyyətlərinin nəticəsidir: ?Qiymət artımı ölkə əhalisinin xeyli hissəsini təşkil edən aztəminatlı ailələrin məhdud büdcəsinə ciddi ziyan deməkdir. Böyük Quruluş Partiaysı, müvafiq strukturları yersiz qiymət artımlarının qarşısının alınması üçün öz vəzifələrinin icrasına və hökuməti mövcud infilyasiyaya uyğun əmək haqqlarının real indeksasiyasını aparmağa çağırır. BQP mövcud siyasi sistemdə müyyən dəyişikliklərin edilməsini faydalı hesab edir. ?Azərbaycanın bugünkü ictimai-siyasi həyatında partiyaların fəaliyyəti kifayət qədər təsiredici görünməməsinin arxasaında daha çox proporsional seçki sisteminin olmaması dayanır. Bu seçki sistemi, partiyaların daha əhəmiyyətli təsisatlar kimi cəmiyyətə təqdim olunmasına imkan yaradır. Bu sistemdə partiyalar seçkilərdə qalib gəlirsə və yaxud sonrakı yerləri tutursa, hökumətin formalaşmasında, bilavasitə və ya hər hansı koalisiyanın üzvü kimi iştirak edə bilirlər. İkinci tərəfdən partiyalar, proporsional seçkidə birbaşa öz proqramlarını təbliğ edirlər. Ona görə də partiyaların bilavasitə önə çıxa biləcəyi, daha güclü mexanizmə çevrilmələri üçün prprosional seçki sisteminin heç olmasa müəyyən bir fazilə tədbiqi bu institutların keyfiyyətcə yeni mərhələyə daxil olmasına imkan yaradardı.?

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA