Tahir Abbaslı garlamentin buraxılması tələbi ilə keçiriləcək aksiyanı dəstəkləyir

img

13-10-2012 [12:45]


"Müxalifətin Parlamentin buraxılması tələbi ilə keçirmək istədiyi aksiyanı dəstəkləyirəm. Çünki biz də islamçı demokrat olaraq bu təklifi vermişdik. Hesab edirik ki, Azərbaycanda parlament saxta yollarla formalaşdırılıb". Bu fikirləri AİDP sədri Tahir Abbaslı partiyanın mətbuat xidmətinə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, bunu Gülər Əhmədova ilə bağlı video da sübut etdi: "Çünki o konkret adlarla, konkret siyahılarla danışdı. Biz əvvəldən demişdik ki, parlament təyinatla olur. Bu video isə təsdiqlədi ki, təyinatlar həm də böyük məbləğli pulla reallaşdırılırmış". T.Abbaslı hesab edir ki, bu, Azərbaycanda vəziyyətin pisləşməməsi üçün hakimiyyətin atacağı yeganə normal addım ola bilər: "Prezident seçkisi ərəfəsində belə bir addımın atılması demokratiya nümunəsi ola bilər. Bu gec, ya da tez baş verəcək. Gürcüstanda gedən demokratik dəyişikliklərin buraya sirayət etməməsi mümkün deyil".

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA